Magazin1
Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
Xalq artisti Natiq Şirinov ritm qrupunun keçmiş üzvü Ramil Cahangirovla bağlı məhkəmədə ikinci hüquqi qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, uzun müddətdir davam edən çəkişmənin növbəti qərarını sənətçi sosial şəbəkə hesabında açıqlayıb:
"Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2026 tarixli qətnaməsi ilə Xalq artisti Natiq Şirinovun "Qavaldaş nağara" maketi üzrə müəlliflik hüquqlarının pozulduğu təsdiq edilmişdir.
Qətnaməyə əsasən, müəllif hüquqlarının pozulmasına görə cavabdeh tərəfdən 25.000 AZN kompensasiya və 10.000 AZN mənəvi zərər olmaqla, ümumilikdə 35.000 AZN məbləğin ödənilməsi müəyyən edilmişdir.
Bu, "Qavaldaş nağara" maketi ilə bağlı ikinci hüquqi qələbəmizdir. "Qavaldaş" təbii qaya alətidir. "Qavaldaş nağara" maketi ise Natiq Şirinovun müəlliflik hüququ ilə qorunan səhnə maketidir. Bunlar eyni deyil".
Xalq artisti həmçinin ölkə rəhbərliyinə və Əqli Mülkiyyət Agentliyinə də təşəkkürünü bildirib:
"Azərbaycan mədəniyyətinə, milli irsimizə, sənətə və sənətkara hər zaman göstərdikləri diqqətə, dəstəklərini əsirgəmədiklərinə, Əqli Mülkiyyət Agentliyinin yaradılmasına və hüquqlarımızın beynəlxalq səviyyədə müdafiəsi üçün yaradılan imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Həmçinin əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə, Agentliyin İdarə Heyətinin sədri cənab Kamran İmanova və bütün heyətə təşəkkür edirik. Bu qərar təkcə bizim üçün deyil, sənətə, müəllif əməyinə və hüquqa hörmət edən hər kəs üçün vacib nümunədir". (Axşam.az)
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq









.jpg)










.jpg)

.jpg)














.jpg)