İdman
Ronaldonun "SON RƏQSİ" - Bacısı nələr baş verəcəyini açıqladı
Hücumçu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatından sonra Portuqaliya milli komandasındakı karyerasını başa vuracaq.
Publika.az "Sport TV"yə istinadla xəbər verir ki, bu barədə futbolçunun bacısı Katya Ayveru Xorvatiya ilə oyundan əvvəl məlumat verib.
"Mənim bildiyimə görə, vidalaşmaqdan danışmaq olar. Bu gün deyil, amma düşünürəm ki, bu, həqiqətən də son turnirdir. Milli komandanı nəzərdə tuturam. Etibarlı mənbədən alınan məlumata görə, bu dünya çempionatı onun "son rəqsi" olacaq", - deyə o qeyd edib.
Futbolçunun 41 yaşı var. O, iyulun 3-də keçiriləcək dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya və Xorvatiya matçının start heyətinə düşüb, start fiti Bakı vaxtı ilə saat 3:00-da səslənəcək. Hücumçu tarixdə 41 yaşında dünya çempionatının pley-off matçında oynayan ilk futbolçu olacaq.
Ronaldo beşqat "Qızıl top" sahibi, Çempionlar Liqasının qalibi və 2016-cı il Avropa çempionudur.
Dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya və Xorvatiya qarşıdurmasının qalibi, turnirin 1/16 final matçında Avstriya üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanan İspaniya milli komandası ilə mübarizə aparacaq.
Futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada davam edəcək. Hazırkı çempion 2022-ci il finalında Fransa komandasından üstün olan Argentina millinisidir.
Hüseyn İbadlı
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi






























.jpg)





