Magazin1
“24 saatın 23-ündə pul haqqında düşünürlər” - TV aparıcılara ittiham
“Yalan danışıb camaatı inandırmağa çalışıblar. Bunu etməkdə nə maraqları var, bilmirəm”.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a jurnalist Anar Vəziroğlu deyib.
O bildirib ki, ATV-nin "Gün Ortası" verilişində aparıcı Zümrüd Bədəlova efirdə funksiyasının nədən ibarət olduğunu bilmir:
“Verilişdə Zümrüdü yatıraraq deyirlər ki, siz yatırsınızsa, bu millət də yatacaq. Aparıcı başa düşməlidir ki, onun funksiyaları milləti maarifləndirməkdir. Zümrüd Bədəlova isə əksini edir”.
A. Vəziroğlu qeyd edib ki, canlı efirdə ekstrasenslik pul tələsidir:
“O cür verilişlərə baxan bikar adamlar düşünür ki, necə sehrli adamdırsa, efirdə Zümrüdü də yatırdı. Biz də gedək onun qəbuluna...
O aparıcıdan soruşsanız ki, son dəfə hansı kitabı oxumusan, gözünü döyəcək. Çünki oxumurlar, heç nədən anlayışları yoxdur. Düşündükləri yeganə şey puldur. 24 saatın 23-ündə pul haqqında düşünürlər”.

Jurnalist TV-lərdən ümumi gileyini dilə gətirib:
“Dövlət özəl televiziyalara maddi dəstək vermir. Tələb budur: qazan və işçini saxla. Ona görə də TV-lərdə özbaşınalıq baş alıb gedir. Kanal yol axtarır ki, reytinq yığıb işçisinə maaş verə bilsin.
İndi reklam tələbatı da başqadır. Baxırlar ki, hansı verilişin reytinqi yüksəkdir qaçırlar onun üstünə. Ona görə də bu gün televiziyalarda çox eybəcər görüntü yaranıb.
İnsanlara da maraqlı olan əsas şey şoudur. Uzun-uzadı məsələlər heç kəsə maraqlı deyil. Heç kim maarifləndirici proqramlara baxmır. Avam camaatın "şotuna" vəkillərin də maşı 4-5 qat artır”.
Qeyd edək ki, noyabrın 26-da Audiovizual Şura ATV kanalına xəbərdarlıq edib. Buna səbəb də Zümrüd Bədəlovanın aparıcısı olduğu “Gün Ortası” verlişinə dəvət etdiyi türkiyəli təlimçi ("yaşam koçu") Bilal Cantürkün efir zamanı “enerji ötürmə” üsulu ilə aparıcını yuxuya verməsi olub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı







.jpg)



























