Magazin1
Nigardan Samirəyə sərt tənqid: “Soyadını dəyiş, səninki təlxəklik idi”
“Azərbaycan anasına, hamilə qadına, oğluna, azyaşlı uşağa qalxan əlləri, alnıma güllə dirəsələr də qol qaldırıb qucaqlamaram. Nə dünən, nə bu gün, nə də nəfəs aldığım həyat yolunun heç bir saniyəsində. Soyadını dəyiş, sən heç də Əfəndi deyilsən”.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad sosial media hesabında yazıb.
O, Samirə Əfəndinin yarışda erməni içtirakçısını qucaqlamasını sərt tənqid edib:
“İctimai qınaq nədirsə, yaşamışam. Qınamazdım da, amma sən mənim yerimdə olsaydın, mənim kimi xaricdə yaşayan azərbaycanlılardan olsaydın... Hər gün erməni görürdük biz. Onlardan gələn yaxşılıq belə o qədər lənətlidir ki, onların yaxşılıqlarına belə yaxınlaşmazdıq. Ədalət dedin, hanı sənin şəhid analarına, şəhid qanına, körpəyə, hamiləyə olan ədalətin? Çıxdın iki dəfə efirə, özünü mühüm beynəlxalq sülhməramlımı zənn etdin? Sən o dərəcədə savadlı bir fiqur deyilsən. Sülhü dövlətimiz özü bərpa etdi. Səninki isə sadəcə olaraq təlxəklik idi. Əfsuslər “Əfəndi”.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğənni Samirə Əfəndi təmsil edib. O. Ermənistandan gələn iştirakçı Saro Gevorkyana maksimal 12 bal verib. Nəticələr elan olunarkən S.Əfəndinin S.Gevorkyanı səhnədə qucaqlaması isə bir çoxlarını hidddətləndirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı







.jpg)



























