Magazin1
“Mənə 7 min verəcəyinizə, gedib kəndin yolunu çəkdirərdiniz də...” - Xanəndə
Tanınmış xanəndə Elnarə Abdullayeva təkcə sənəti ilə deyil, zaman-zaman səsləndirdiyi fikirlər və səmimi çıxışları ilə də ictimaiyyətin diqqət mərkəzində olur.
Publika.az xəbər verir ki, sənətçi ilə bağlı Musavat.com-a maraqlı bir məlumat daxil olub. Məlumata görə, sevilən xanəndə rayonlardan birində toy mərasiminə dəvət olunub. Bildirilir ki, toyun keçirildiyi kənddə yolların vəziyyəti olduqca bərbad olub. Sənətçi isə bu mənzərəni görərək toy zamanı kənd sakinlərinə müraciət edib və belə bir fikir səsləndirib: "Mənə 7 min verəcəyinizə, gedib kəndin yolunu çəkdirərdiniz də..."
Bu sözlərlə Elnarə Abdullayevanın mühüm məqama diqqət çəkib - problemlər girdabında çabalayan Azərbaycan insanı bəzən real ehtiyacları kənara qoyub, dəbdəbəyə və şöhrətə üstünlük verir. Adi yol problemləri həll olunmayan kəndlərdə bahalı toyların təşkili isə istər-istəməz suallar doğurur.
Elnarə Abdullayeva yayılan məlumata aydınlıq gətirərək hadisənin illər əvvəl baş verdiyini bildirib.
"Bu, çox uzun illər əvvəl olmuş bir məsələdir. Hansı rayonda olduğunu demək istəmirəm. Söhbət konkret yol problemindən getmirdi. Orada yolda da müəyyən çətinliklər var idi. Dedim ki, elə bunları həll edərdiniz də, məni niyə çağırırdınız", - deyə sənətçi gülərək qeyd edib.
Elnarə Abdullayeva əlavə edib ki, problemlər yetərincədir və insanların bu məsələlərə daha çox diqqət ayırması vacibdir: "Vallah, o qədər problemlər var ki... Camaatımız sağ olsun".
Abdullayevanın bu səmimi etirafı göstərir ki, öz maraqlarını kənara qoyub ictimai məsələləri qaldıran sənətçilərimiz də var.
-
Elm və təhsil21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
-
Rəsmi xronika21:00İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika20:12Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
-
Sosial20:00100 illik ziyarətgahı qanunsuz qazdılar: Sümüklər çıxdı - FOTO
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO






.jpg)















.webp)














