Magazin1
Müğənnilərimizin fantastik səhnə qiymətləri
Artıq 2026-cı ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca insanlar əylənmək, Yeni ili korporativ tədbirlərdə sevdikləri müğənnilərlə birlikdə keçirmək istəyirlər. Tanınmış sənətçiləri konsertlərdə canlı görmək bir çoxunun arzusudur.
Bəs bu arzunu həyata keçirmək neçəyə başa gəlir? Yeni il tədbirlərində müğənnilərin səhnə qiymətləri nə qədərdir?
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2025-ci il üçün yerli şou-biznes ulduzlarının Yeni il proqramlarında iştirak haqqı artıq bəllidir:
Belə ki, Xalq artistləri - Aygün Kazımova və Röya Ayxan ən yüksək qonorar alan sənətçilər sırasındadır. Hər iki müğənninin toy mərasimində çıxışı 10 min, korporativ tədbirlərdə isə 15 min manat təşkil edir. Onların proqramına 6 mahnı daxildir.

Digər müğənnilərin Yeni il tədbirləri üçün müəyyənləşən qonorarları da açıqlanıb. Belə ki, Xalq artisti Miri Yusif 30 dəqiqəlik proqramla tədbirlərdə 8 min manata çıxış edir.

Xalq artistləri - Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova isə hər biri 30 dəqiqəlik səhnə proqramına görə 7 min manat qonorar tələb edirlər.

Müğənni Nigar Camal altı mahnıdan ibarət çıxışı üçün 6 min manat alır.

Meyxanaçı Namiq Qaraçuxurlu altı mahnı ilə tədbirlərdə 5 min manata çıxış edir.

Murad Arifin 30 dəqiqəlik səhnə proqramının qiyməti isə 4 min manatdır.

Bundan başqa, Xalq artisti Eyyub Yaqubov toy mərasimlərində 30 dəqiqəlik çıxış üçün 5 min, korporativ tədbirlərdə isə 7 min manat qonorar alır.

Əməkdar artist Lalə Məmmədova 30 dəqiqəlik proqramla tədbirlərdə 4 min manat qarşılığında iştirak edir.

-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq










.jpg)



























