İdman
“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
Türkiyənin “Fənərbağça” komandasının iki futbolçusu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransada “Lyon” ilə keçiriləcək cavab matçını buraxacaq.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kərəm Aktürkoğlu və Marko Asensio ötən gün Superliqada “Konyaspor”la oyun (1:0) zamanı zədələniblər.
Aktürkoğlu başından zərbə alaraq beyin silkələnməsi keçirib. Onun müalicəsi davam edir və ən azı 10 gün həkimlərin nəzarətində olacaq. Asensionun isə sol ayağın üst əzələsində gərilmə və dartılma aşkarlanıb. Futbolçunun müalicəsinə başlanılıb. Onun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Lyon” - “Fənərbağça” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?


















.jpg)















