Magazin1
Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, o, “Məşhura sual” rubrikasında iştirak edib.
Sosial şəbəkə istifadəçilərdən gələn maraqlı sualları cavablandıran sənətçi bir sıra maraqlı açıqlamalar edib.
İfaçı “Sevgi vardır oxudur qəlbidə bülbüllərini, böylə bir sevgi mənim ruhumu oxşar kimidir” Tünzalə xanıma görə indiki dövrdə belə sevgi varmı sualını belə cavablandırıb:
“Sevgi həmişə var. Yer üzü ona görə balanslıdır ki, orda ali dəyərlər yaşayır. İnsanı insan edən əsas dəyər elə sevgidir. Mən sevgisiz Tünzalə olmazdım. Mikayıl Müşfiq balaca ömründə bizə böyük sevgidən danışıb və biz də ondan öyrənirik”.
O, “Bu qədər uğur əldə etdikdən sonra hazırda ən böyük arzunuz nədir” sualına da belə cavab verib.
“Mən maksimalist insanam. Hər günüm maksimumdan ibarətdir. Daim yeni zirvələri fəth etmək lazımdır. Ona görə də arzular dayanmır, istəklər hər zaman var. Sənətimin zirvəsindəyəm, amma yenə də öyrənməyə davam edirəm. Gənclərə, istedadlı uşaqlara baxıram. Ən böyük arzularımdan biri məhz musiqili tamaşa yaratmaqdır”.
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq









.jpg)









.jpg)


.jpg)














.jpg)