Magazin1
Taleh Yüzbəyovun xanımı SÜKUTU POZDU - “Siz mənim qırmızı xəttimi keçənə kimi...”
Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşı Xatirə Yüzbəyova onun son reklam çarxı ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, instaqram hesabında paylaşdığı açıqlamada uzun illərdir müxtəlif təhqirlərə məruz qaldığını, buna baxmayaraq heç vaxt başqa qadınların xarici görünüşü və ya bədəni ilə bağlı alçaldıcı paylaşımlar etmədiyini vurğulayıb.
Xatirə bildirib ki, Taleh Yüzbəyov reklam videosunu paylaşmazdan əvvəl Bakının mərkəzində bir gündə iki qadın qətlə yetirilib, amma heç kim bununla bağlı paylaşım etməyib:
"11 illik influenser fəaliyyətimdə bədənim, çəkim, üzüm və yaşımla bağlı ən ağır təhqirləri məhz qadınlardan almışam. Amma buna baxmayaraq heç vaxt heç bir qadının nə bədəni, nə də xarici görünüşü ilə bağlı təhqiramiz paylaşım etməmişəm".
O, özü ilə həyat yoldaşının fərqli dünya görüşünə malik insanlar olduğunu qeyd edərək, Talehin mövqeyinə görə özünün hədəfə çevrilməsini doğru hesab etmədiyini bildirib:
"Yenə mən postların altında müzakirə olunuram. Etmədiyim şeylərə görə mühakimə olunuram. Mən və həyat yoldaşım müxtəlif dünya görüşlərinə, fikirlərə və nəhayət beyinlərə malik insanlarıq. Başqa qadınları öz dünyanızda müdafiə edərkən bu mövzuda mövqeyini bilmədiyiniz bir qadını alçaldaraq hansı qadın həmrəyliyindən danışırsınız? Məqsədim "hype" olsaydı haqqımda çəkilən məsxərə məqsədli videolar, kontentləri müzakirəyə qoyub doyunca bunu edərdim. Amma etmədim. Ta ki, siz mənim qırmızı xəttimi keçənə kimi".
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat21 Sentyabr 11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq







.jpg)









.jpg)


.jpg)














.jpg)


