Magazin1
Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!" - VİDEO
Aktyor Taleh Yüzbəyov onun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatları ilə bağlı səsləndirdiyi fikirləri tənqid edənlərə cavab verib.
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşdığı videoda son günlər ünvanına həm tənqid, həm də təhqirlər yazıldığını bildirib.
T.Yüzbəyov instaqram səhifəsinin aktivliyinin artdığını deyərək, mövzu ilə bağlı kontent hazırlayanlara irad bildirmədiyini vurğulayıb:
"Sayənizdə instaqram səhifəmin aktivliyi 10 dəfə artıb. Nə qədər bu mövzudan kontent yaratdınız, halal edirəm, siz də bir çörək qazanırsınız. Videoya tərif qədər, tənqid gəldi. Sonra təhqirə keçdiniz. Ürəyiniz soyumadı, mesaj bölümünə yazdınız, sonra həyat yoldaşıma yazmağa başladınız".
Aktyor həyat yoldaşının estetik əməliyyat etdirmədiyini, yalnız bəzi kosmetoloji prosedurlardan istifadə etdiyini bildirib:
"Rahat olun, estetik etdirməyib, bəzi prosedurlar etdirib. Etsəydi də, belə videolar çəkəcəkdim. Ətrafımda bunu edən dostlarımız var, bu, bizim aramızda qalmaqala səbəb olmur. Sadəcə, mən bəyənmirəm".
T.Yüzbəyov bəzi sosial şəbəkə istifadəçilərinin ailəsini hədəf almasını isə sərt şəkildə qınayıb. O, həyat yoldaşına təhqiramiz mesajlar göndərildiyini, hətta 12 yaşlı qızının da bu müzakirələrə cəlb edildiyini deyib:
"Ən murdar hərəkət isə 12 yaşındakı qızımın fotosunu həyat yoldaşıma atıb, "Qulaqları şəlpədir, onu da estetik etdir" demək idi. Mübarizəni bu qədər cılızlaşdırıb, alçaq bir yerə atmaq, murdar müstəviyə çıxarmaq pisdir. Qadın haqları uğrunda mübarizə aparıb, başqa qadınları aşağılamaq olmaz. "Elə bir insanla eyni otaqda olmaq istəmərəm, onun üzünü görmək istəmərəm" yazmaq doğru deyil".
Aktyor bildirib ki, buna görə üzr istəməyi düşünmür:
"Videonun reklam hissəsini kəsib yenidən yerləşdirdim. Buna görə üzr istəməyəcəyəm. Belə düşünmədiyim üçün məni məcbur edə bilməzsiniz. Kiminsə könlü xoş olsun, məni bəyənsinlər deyə özümdən imtina etmək fikrim yoxdur".
Xatırladaq ki, Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatlarına münasibəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı








.jpg)












.jpg)

.jpg)














.jpg)