Ukrayna üzrə sülh danışıqlarını onlar pozublar - Lukaşenkodan sərt irad
Bizi izləyin

MDB

Ukrayna üzrə sülh danışıqlarını onlar pozublar - Lukaşenkodan sərt irad

Ukrayna üzrə sülh danışıqlarını onlar pozublar - Lukaşenkodan sərt irad

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada nizamlanma ilə bağlı əvvəlki bütün danışıqların nəticələrinin faktiki olaraq heçə endirilməsində məhz Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərliyinin və Kiyevin günahkar olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

“Əvvəlki bütün danışıqlar raundlarının və əldə olunmuş mövqelərin faktiki olaraq heçə endirilməsində məhz siz – Avropa ölkələrinin rəhbərliyi - və Ukrayna günahkarsınız”, – Lukaşenko Fransanın “Point” jurnalına müsahibəsində deyib.

Belarus lideri diqqətə çatdırıb ki, nəticədə əvvəlki məsələlərə yenidən baxmaq zərurəti yaranıb. İndi tərəflər münasibətlərini yenidən qurmalı və irəliləmək üçün ilk addımları atmalıdırlar. Bu addımlara, məsələn, humanitar aksiyalar da daxil ola bilər.

Lukaşenko həmçinin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlarda Avropa nümayəndələrinin iştirakını irəliləyiş kimi qiymətləndirib.

Noyabrın 13-də Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta bildirib ki, Aİ institutlarının nümayəndələri, eləcə də Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşanın təmsilçiləri Ukrayna ilə bağlı danışıqlarda Avropa nümayəndə heyətinin tərkibinə daxil olublar. O, həmçinin Aİ liderlərinin “danışıqları dəstəklədiklərini” vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm