ABŞ İranın cənubundakı Qeşm adasına hücum etdi
Bizi izləyin

Region

ABŞ İranın cənubundakı Qeşm adasına hücum etdi

ABŞ İranın cənubundakı Qeşm adasına hücum etdi

İranın Hörmüzqan vilayətinin qubernator müavini Əhməd Nafisi ABŞ-ın ölkənin cənubunda yerləşən Qeşm adasına zərbə endirdiyini iddia edib.

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-ın adanın ərazisindəki obyektlərə hücumu nəticəsində yaşayış və kommersiya ərazilərinə, eləcə də infrastruktura ziyan dəyməyib.

Nafisi əlavə edib ki, Qeşm adasında vəziyyət nəzarət altındadır, bütün fövqəladə xidmətlər və inzibati qurumlar tam hazırlıq vəziyyətindədir.

Agentliyin məlumatına görə, adada beş-altı partlayış səsi eşidilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm