Magazin2
Sevgilisindən ayrılan müğənni səhnədə keçmiş əri ilə öpüşdü və... - - FOTO
Cennifer Lopes və Mark Entoni konsert zamanı pərəstişkarlarını duetləri ilə sevindirməklə kifayətləməyib, səhnədə öpüşərək hər kəsi təəccübləndirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Cennifer Lopez və onun keçmiş həyat yoldaşı ilk dəfə olaraq “Latin Grammy” mükafatlandırma mərasimində iştirak edib. Əvvəlcə Mark Antoni “I Need to Know,” “Tu Amor Me Hace Bien” və “Vivir Mi Vida” kimi mahnılarını səsləndirib. Daha sonra isə cütlük “Olvidame y Pega la Vuelta” mahnısını birlikdə ifadə edib.
Duet zamanı cütlüyün öpüşməsi əsl sensasiya olub. Cennifer “Latın səsyazma akademiyası” mükafatına layiq görülən keçmiş həyat yoldaşı haqqında səhnədə "Mark canlı əfsanədir!" deyə qışqırıb: "O sehrli və həmişəlik yadda qalacaq klassik musiqi ifaçısıdır. O, həmişə mənim həyatımda olacaq".
Xarici KİV-in yazdığına görə, Entoni və Cennifer “Sony Music” şirkəti ilə yeni biznes-sazişi imzalayıb. Şirkət bu yaxınlarda ulduzların albomunu çıxartımağa hazırlaşır.
Xatırladaq ki, Cennifer Lopez ilə Mark Entoni 2004 və 2011-ci illərdə evli olub. 2008-ci ilin əvvəlində onların Maks və Emmi adlı iki əkiz uşağı dünyaya gəlib. Cennifer Markdan boşandıqdan sonra özündən 18 yaş kiçik rəqqas Kasper Smartla görüşürdü. Lakin cütlük bir neçə əvvəl ayrıldığını elan edib. Ayrılıq səbəbi kimi Smartın Ceyloya xəyanət etdiyi bildirilir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Aytən
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO



































