Magazin2
Məşhur aktrisa Çağatay Ulusoyla sevişmə səhnələrindən DANIŞDI
Çağatay Ulusoyla “Netflix”də yayımlanan “Muhafiz” serialında tərəf müqabili olan aktrisa Ayça Ayşin Turanla intim səhnələri haqqında danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “MAG” jurnalına verdiyi müsahibədə açıq-saçıq səhnələrdən danışan aktrisa ailəsinin onu hər zaman dəstəklədiyini qeyd edib.
Ayça Ayşin Turan bildirib ki, sevişmə səhnələri onun qoyduğu bəzi qaydalar əsasında lentə alınıb.
- Siz gənc yaşda olmağımıza baxmayaraq, sektorun böyük səs-küy gətirən layihələrində iştirak etdiniz. Bəs aktrisalıq fəaliyyətinə necə başladınız?
- Aktyorluğun məni seçmiş bir macəra olduğunu deyə bilərəm. İstanbula Universitet təhsili üçün gəlmişdim. Daha sonra kamera arxasından kamera önünə transfer oldum və beləliklə, aktrisalıq karyeram başladı.
- Qara Dəniz bölgəsində yaşayan ailənin qızı olaraq doğmalarınız seçiminizi necə qarşıladı?
- Düşünmürəm ki, Qara dənizli, Mərmərəli, Egeyli və ya başqa hər hansı bölgədən olmağın aktrisalıq karyerası arasında bir əlaqəsi var. Lakin anam, atam və qardaşlarım mənə inanmasaydı, yəqin ki, bu qədər cəsarətli olmazdım.
Leyla obrazını oxuduğum zaman heç vaxt oynamadığım bir xarakter olduğunu başa düşdüm. Odur ki, bu layihədə iştirak etmək istədim. “Netflix”in Türkiyədə istehsal etdiyi ilk orijinal serial olmasının da bu qərarımda təsiri var idi.
- Sizcə, “Muhafız” Türkiyədə serial sektorunda görülməmiş nələri göstərəcək və nələri qazandıracaq?
- Bildiyim qədər Türkiyə dünya serial sektorunda Amerikadan sonra ikinci sıradadır. İlk orijinal Türk serialının “Netflix” platformasında yerini tapması, sektorumuzun dünya bazarında nə qədər güclü olduğunu göstərir. Amma sizin verdiyiniz sualların cavablarını biz zamanla tapacağıq.
- Televiziya və ya İnternet serialından daha çox zövq alırsınız?
- İnternet və ya televiziya serialı arasında ayrı-seçkilik edə bilmərəm. Mən oynadığım xarakterdən zövq alıram və oynayacağım obrazları seçərkən fərqli şəxsiyyətləri olan güclü qadınlara üstünlük verirəm.
Məlumat üçün bildirək ki, “Muhafız” “Netflix”in Türkiyədə istehsal etdiyi ilk serialdır. Ayça Ayçin Turan dünyadakı 11 milyon aktyor arasında 42-ci sırada qərarlaşaraq ən yaxşı türk aktrisası adını qazanıb və ölkəsini müvəffəqiyyətlə təmsil edib.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


