Magazin2
“Eşkiya dünyaya hükümdar olmaz” serialının QƏHRƏMANLARI BAKIDA - Burda qonaq deyilik, çünki eyni millətik
Baş rollarda Mustafa Üstündağ, Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu, Oqtay Kaynarca, Savaş Özdemir, Hakan Karsak, Sevinc Gürşen, Sevil Akı və başqalarının oynadığı “Aman reis duymasın” filminin bu gün Bakıda qala gecəsi keçirilib.
Publika.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən premyerada filmin yaradıcı heyəti iştirak edib.
Ssenarisini Bahadır Özdenerin yazdığı, rejissorluğunu Onur Tanın həyata keçirdiyi komediya filminin təqdimat mərasimində aktyorlar bildirib ki, bu onların Bakıya ilk gəlişidir.
"Hər kəs qonaqpərvər, gülərüz və istiqanlıdır, odur ki, özümüzü burda rahat hiss edirik. Çoxumuz ilk dəfədir ki, Bakıya gəlirik, hələ gəzmək imkanı olmayıb, inşallah sabah şəhərlə yaxından tanış olarıq" , - deyə Sevinc Gürşen qeyd edib.
Ceren Benderliğlu bildirib ki, babası azərbaycanlıdır: "İnanırıq ki, bu Bakıya son səfərimiz deyil. Film çəkilişləri çox əyləncəli keçdi. Bildiyiniz kimi, filmdə "Eşkiya dünyaya hükümdar olmaz" serialının qəhrəmanları rol alıb. Eyni obrazları oynamışıq. Bu da işimiz asanlaşdı, çünki artıq bir ailə olmuşuq".
Zala Azərbaycan dilində müraciət edən Ozan Akbaba isə çıxışında vurğulayıb ki, Bakıya gəlmək onun çoxdankı arzusu idi: “Bakıya gəlməyi çoxdan arzulayırdım, nəhayət ki, qovuşduq. Bəlkə bilənlər var, əslən tərəkəməyəm, odur ki, sizdən sayılıram. İnşallah gələcəkdə Bakıdan ev almaq haqqında düşünərik. Bura çox gözəl şəhərdir, nəinki gəzməyə, mən buraya yaşamağa belə gələrəm. Yetər ki, vaxtım olsun”.
Tanınmış aktyor Emir Benderlioğlu isə çox emosional bir çıxış edib: “Özümüzü qonaq saymırıq, çünki eyni millətik”.
Məlumat üçün bildirək ki, "Eşkiya dünyaya hükümdar olmaz" serialının bir çox aktyorlarının rol aldığı komediya filmi mafia camiasının tətildəykən başına gələn macəralardan danışır. Qəhrəmanlar kurorta gedən kimi inanılmaz hadisələrlə qarşılaşır. Ən böyük qorxuları da mafia başçısı Hızır Çakırbeylinin bu olanlardan xəbərdar olmasıdır.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)