Magazin2
Alla Puqaçevanın keçmiş kürəkəni 18 yaşlı çeçen gözəli ilə evləndi - FOTO

51 yaşlı sahibkar, Alla Puqaçevanın keçmiş kürəkəni Ruslan Baysarov 18 yaşlı çeçen Alamat Əbubəkirova ilə evlənib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, toy Yeni il ərəfəsində baş tutub, lakin təfərrüatlar son günlərdə məlum olub. Gəlinin fotoları İnstaqramda yayılıb. Bəzi məlumatlara görə, cütlük sosial şəbəkə sayəsində tanış olub.
Çeçenistanın Şali kəndindən olan Alamat Əbubəkirova “Forbes”in verdiyi məlumata görə Rusiyanın ən varlı iş adamları siyahısına daxil olan Ruslan Baysarovun altıncı həyat yoldaşı olub. Yeri gəlmişkən, 2018-ci ildə jurnal onun sərvətini 900 milyon dollar dəyərində qiymətləndirib. Əvvəlki münasibətlərdən milyarderin altı uşağı var: model Tatyana Kovtunovadan olan 26 yaşlı qızı Kamilla və müğənni Kristina Orbakaytedən olan 21 yaşlı oğlu Denis.
İddia edilir ki, Əbubəkirova və Baysarovun toyu gəlinin valideynlərinin xeyir-duası ilə baş tutub. Bildirilir ki, iş adamı birlikdə yaşamasa da, əvvəlki həyat yoldaşı Mədinə Gaitayevadan rəsmi şəkildə boşanmayıb. Onlar 2009-cu ilə evlənmişdi. Həmin nikahdan Amin və Əmir adlı oğulları var.
Ruslan və Alamatın toyu müsəlman ənənələrinə əsasən keçirilib.
Aytən Məftun





-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video