Magazin2
Türkiyəli sənətçilər Polad Həşimovdan yazdı - “Necə möhtəşəm insan...’’
Türkiyəli sənətçilər Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan şəhidlərimizi İnstaqram hesablarında yad edib.
Publika.az xəbər verir ki, Ebru Gündeş, Oktay Kaynarca, Çağla Şikel, Işın Karaca, Serdar Ortaç, Gülben Ergen, Alişan və digər görkəmli sənət nümayəndələri xalqımıza başsağlığı verib. Onlar Türkiyə və Azərbaycan bayraqlarını paylaşaraq öz dəstəklərini, iki dövlət, bir millət olduğumuzu ifadə ediblər.
Gülben Ergen paylaşımında “Acınız acımızdır” yazıb.


Oktay Kaynarca da Azərbaycan xalqına başsağlığı verib.

Işın Karaca Bakıda baş tutan yürüşdən görüntü yerləşdirib və “Türkün türkdən başqa dostu olmaz” sözlərini yazıb.

Müğənni Alişan isə qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov barəsində paylaşım edib. O, generalın fotosunu İnstaqram səhifəsinin hekayə bölümündə yayımlayaraq bu sözləri yazıb: “Necə möhtəşəm insanmışsan. Nə gözəl ürəyə sahibsənmiş. Məkanın cənnət olsun. Nur içində yatasan’’.

Daha sonra o digər paylaşımında Azərbaycan və Türkiyəyə məxsus foto yayımlayaraq “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan’’ sözlərini qeyd edib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)