Magazin2
Acundan Şeyma haqqında ŞOK SÖZLƏR: “Səhvləri daha çox gözə batır”
TV8 kanalının rəhbəri, tanınmış aparıcı Acun Ilıcalı qonaq olduğu “Az Önce Konuştum” verilişində Şeyma Subaşı ilə evləndiyi üçün peşman olmadığını dilə gətirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Candaş Tolga Işıkın verilişində aparıcı şəxsi həyata dair suallara cavab verib.
“Qəti peşman deyiləm, belə bir məsələ yoxdur. Bir şey dalana dirənəndə başqa bir mərhələyə keçməlisən. İnsanların bunu edə bilmədiklərini görəndə əsəbiləşirəm. İki nəfər arasındakı emosional duyğunun sona çatması yüksək gərginliyin yaranmasına səbəb olmamalıdır. Şeymanın analığına toz qondurmaram. Melisanın üstündə titrəyir. Şeyma ilə 10 illik münasibətim var. Tutaq ki, bir şey etməyə çalışdım, amma edə bilmədim. Mənim də hazırda xoşbəxt həyatım var. Göz önündə çox olduğum üçün şəxsi həyatım daha çox nəzərə çarpır. Bu, mənim üçün böyük bir dezavantajdır.
Şeymanın həyatı haqqında şərh vermək istəmirəm. Düşünürəm ki, onun səhvləri daha çox gözə batır. Bu, populyarlıqdan qaynaqlanır. Hamımızın etdiyi səhvləri etdi. Türkiyə etdiyi səhvləri gördü. Görürəm ki, getdikcə yetkinləşir. Ümid edirəm ki, daha yaxşı şeylər olacaq. Heç birimiz mükəmməl deyilik. Xoşməramlılıq mənim üçün vacibdir. Xoşniyyətli insanlarla ünsiyyət qüruram. Niyyəti pisdirsə, ilk səhvdə sildiyim bir çox insan olub.
Bütün köhnə dostlarımla eyni şəkildə davam edirəm. Onlar yoxluqda sınanmış dostlardır. Çətin zamanda hər kəsin rəngini görürsən”, - aparıcı bildirib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

