Magazin2
Özcan Dəniz haqqında ŞOK İDDİA
Özcan Dənizin eks həyat yoldaşı ulduz barədə şok iddialar səsləndirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Feyza Aktan keçmiş həyat yoldaşı Özcan Dənizi və qardaşı Ercan Dənizi ona fiziki və psixoloji zorakılıq tətbiq etməkdə günahlandırıb.
Şikayət ərizəsində qeyd olunub ki, Feyza Aktan hamilə olanda Özcan Dəniz onunla nikah müqaviləsi bağlamaq istəyib. Nikah müqaviləsinə əsasən Aktan ailə qurduqdan sonra bütün hüquqlarından imtina etməli imiş, boşandığı halda isə təzminat irəli sürmək hüququnu itirəcəkmiş.
25 yanvar 2018-ci il tarixində Dənizin keçmiş sevgilisi Buse Narcı ilə Feyzanı aldatdığı xəbərləri yayılıb. Dəniz onu tərk etmək istəyən Aktanı təhdidlərlə evə gətirib və qapını kilidləyib. Feyza qurtulmağa çalışsa da, Dəniz onun boğazından yapışaraq başına vurub. Hamilə həyat yoldaşını yerə yıxan müğənni “Qardaşımdakı silahı alıb ikimizi də öldürəcəyəm” deyərək oradan ayrılıb.
Uşaq dünyaya gəldikdən sonra yenidən nikah müqaviləsini gündəmə gətirən Özcan xanımına təzyiq göstərməyə davam edib. Feyza Aktan övladını və ailəsini nəzərə alaraq bu müqaviləni imzalamalı olub. Aktan Almaniyada tətildə olarkən Dəniz bir qadınla mesajlaşıb və aralarında mübahisə başlanıb.
Feyza yazdığı ərizədə Dənizin ona etdiyi təhdidləri belə ifadə edib: “Polisə şikayət etsən, siqareti üzündə söndürəcəyəm”. Bundan sonra Aktan təcavüz və boşanma haqqında arayış alaraq həyat yoldaşından ayrılmaq istəyib. Feyzanın sözlərinə görə, Dənizin qardaşı “Arayışı bizə verməsən, səni yox edəcəyəm” deyərək ona hədə-qorxu gəlib.
Təhdidlərə tab gətirə bilməyən Aktan təcavüzə məruz qalmasını təsdiq edən arayışı Dənizə verib və telefondakı şəkillərini silib.
Məhkəmənin qərarına əsasən, aktyor 2 ay müddətində eks xanımına yaxınlaşa bilməz.
İddiaların əsassız olduğunu bildirən Özcan Dəniz və qardaşı Ercan Dəniz qərara etiraz edib. Ulduzun vəkillərinin sözlərinə görə, Dəniz Aktanı təhdid etməyib və ona şiddət göstərməyib.
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı


































