Magazin2
Özcan Dənizin həyat yoldaşından açıqlama: Evin dörd bir tərəfinə yerləşdirdiyi kameralardan...
Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktanın yeni səsyazıları ortaya çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Feyza Aktan səs yazılarında uşağı atasına göstərmək niyyətində olmadığını ifadə edib. Səsyazılarında ağır söyüşlərlə danışan Feyzanın yuxusu gələn oğlunu isə qonşuya göndərməyə çalışdığı eşidilir. Bundan sonra Aktan sosial media hesabından uzun açıqlama yayımlayaraq özünü müdafiə edib.
“Oğlumla atasını qapıda gözləyərkən onu əyləndirdiyim bir an... Görüntülər uzundur və bu kadrda nəhayət ki, atasının oğlunu gəlib qucağına aldığı lentə alınıb. Yaşadığımız evin dörd bir tərəfinə yerləşdirdiyi kameralardan “pis ana” obrazı axtarıb tapmasına mən alışmışam. Yenə də oğlumuzu görüş gününündən kənar günlərdə göndərməməyin ağır bir bədəlini ödədiyim bir an...
Verdiyim müsahibədə uzun müddətdir məruz qaldığım böhtanlara sənədlərlə cavab verdim, lakin heç kim dönüb “Niyə bu qıza böhtan atdın?” demədi. Bu müddət ərzində mənə “Niyə qəzəbli davrandınız?” kimi ittihamlar irəli sürüldü. Bu qeyri-bərabər güc qarşısında verdiyim reaksiyalar hamı kimi insanlıq duyğularının nəticəsidir. Bunun əksini gözləmək kostyumla yatmağa bənzəyir...
Oğlumun yuxu rejimi ilə bağlı qurduğum bir sistem var. Günortadan sonra yatsa, gecə yuxusu yaxşı olmur. Belə hallarda adətən diqqətini yayındırmağa çalışıram. Sürətinizə, gücünüz, manipulyasiyalarınıza və bu çirkin döyüşlərinizə çata bilmirəm... Pul, güc, media, özümü bütün bu silahdan qoruya bilmərəm, oğlum, heç kim üçün jurnal materialı deyil!”, - Aktan paylaşımda qeyd edib.
Daha sonra o, 27 mart tarixində Özcan Dənizlə mesajlarını yayımlayıb.

Xatırladaq ki, ötən həftələrdə Feyza Aktanın dayəyə qarşı zorakılıq tətbiq etdiyi, hətta qadının ayağının göyərdiyi fotolar ortaya atılmışdı. Dayə Aktanın oğlunu tez-tez qonşulara göndərdiyini, Özcan Dənizlə aralarındakı söhbətləri danışmamağı tapşırdığını və onu təhdid etdiyini iddia edib.
“Kuzey mənimlə yatırdı, onunla maraqlanmırdı, analıq sevgisi göstərmirdi. “Ən böyük səhvim evlənib uşaq sahibi olmaqdı” deyirdi” , - dayə Feyza Aktan haqqında açıqlamasında bildirib.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video






























.png)


.jpg)



