Magazin2
Nikaha girdikləri malikanə üstündə məhkəməlik oldular
Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında birlikdə əldə edilmiş əmlak bölgüsü üstündə məhkəmə çəkişmələri davam edir.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, bu dəfə məhkəmə prosesinin səbəbi Fransada yerləşən "Château Miraval" malikanəsi olub. Malikanənin qiyməti 60 milyon dollardan çoxdur.
Aktyor deyir ki, keçmiş həyat yoldaşı birinci il deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina eks-həyat yoldaşının maliyyə maraqlarına məhəl qoymayaraq, öz aksiyalarının 40%-ni satmağa çalışır.
"Ancelina Colinin şirkəti Bred Pittin malikanəyə yatırdığı inanılmaz miqdarda pul və səylərini nəzərə almadan öz gəlirini almaq istəyir. Son dörd il ərzində Colinin "Nouvel" şirkəti müntəzəm olaraq illik hesabatın təsdiqini və menecerin səlahiyyət müddətinin uzadılmasını təxirə salırdı", - iddia ərizəsində deyilir.
Bredin ətrafından olan insayder bildirib ki, keçmiş həyat yoldaşının addımı aktyoru şoka salıb. Xatıradaq ki, məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha giriblər. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Sonradan məlum olub ki, aktrisa keçmiş sevgilisini aqressiv davranışda və alkoqol asılılığında ittiham edirdi.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


