Magazin2
Türk məşhur: “Qədərdə Şuşaya gəlmək də varmış” - VİDEO
Bir neçə gündür ki, Şuşada çəkilən görüntüləri ilə diqqət çəkən türkiyəli aktyor Ozan Çakırbəylinin gəliş səbəbi məlum olub.
Publika.az xəbər verir ki, aktyor Türkiyədə yaşayan həmyerlimiz Müşfiq Quluzadənin prodüserliyi ilə Qarabağ zəfərindən bəhs edən layihədə rol alacaq. Baş rola dəvət olunan aktyor maraqla gözlənilən filmin hazırlıqları üçün bir çox şəhərləri, xüsusən də Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı ziyarət edib.
“Eşkiya dünyaya hükümdar olmaz” serialında canlandırdığı İlyas Çakırbəyli rolu ilə məşhurlaşan aktyorun Şuşadan daha bir videosu yayılıb. Şuşada olduğu üçün sevincini gizlətməyən məşhur “Qədərdə Şuşaya gəlmək də varmış” deyib.
Qeyd edək ki, aktyor müsahibələrində əslən tərəkəmə olduğunu dəfələrlə dilə gətirib. Onun toyunda həyat yoldaşı ilə birlikdə “Tərəkəmə” xalq rəqsini oynaması gündəm olmuşdu.
Əldə etdiyimiz məlumata əsasən, filmin rejissorluğunu Emil Abdullayev edəcək.
Emil Abdullayev Birinci Qarabağ müharibəsi iştirakçısı Səməd Abdullayevin oğludur. Hazırda Bakı şəhəri 290 nömrəli tam orta məktəb şəhid S.Abdullayevin adını daşıyır.
View this post on Instagram
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







































.jpg)

.jpg)






