Magazin2
Bəlkə siyasi karyeraya başlamağın vaxtı çatıb? - Tina Kandelaki
ABŞ-ın sanksiya siyahısına daxil edilən erməni əsilli məşhur aparıcı Tina Kandelaki siyasətə qarışmadığını bildirib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, teleaparıcı və media meneceri Tina Kandelaki “Telegram” kanalında ABŞ-ın sanksiyalar siyahısında olması barədə açıqlama yayıb.
“Özününküləri satmayan və buğdanı samandan ayıra bilən layiqli insanlar arasında olmaq çox xoşdur. “İki stulda oturmağa çalışan” və ya “ayağı yerdən qopmuş kürsüyə” oturan insanlara təəssüf edirəm” , - T.Kandelaki qeyd edib.
Bundan əlavə, media meneceri bildirib siyasətə daxil olmaq istəmir, amma onu “məcburi olaraq oraya sürükləyirlər”. “Mən artıq döyüşməkdən yoruldum. Bəlkə siyasi karyeraya başlamağın vaxtı çatıb?”, - aparıcı qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ hakimiyyətinin Tina Kandelakini sanksiyalar siyahısına daxil etməsi faktı bir müddət əvvəl məlum olub. Bundan əlavə, siyahıya Qabaqcıl Araşdırmalar Fondu (FPI), Rusiyanın bir sıra tədqiqat institutları və digər təşkilatlar da daxildir.
Məlumat üçün bildirək ki, rusiyalı jurnalist, “Qazprom-Media” holdinqinin baş direktorunun müavini Tina Kandelaki TNT (Tvoyo Novoe Televidenie) telekanalının icraçı direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, Tina Kandelakinin atası gürcü, anası ermənidir. Çıxışlarında ermənipərəst olduğunu gizlətməyən Tina Kandelaki bir neçə ay əvvəl Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovla RTVI-ın efirində yayımlanan “Xüsusi qonaq” proqramına müsahibə zamanı ona provokativ suallar vermiş və Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirmişdi.
Aytən Məftun
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


