Magazin2
Özcan Dənizdən HƏYAT DÜSTURU: - Xoşbəxt olmaq intellektual seçimdir
Müğənni və aktyor Özcan Dəniz hesab edir ki, xoşbəxtlik intellektual bir seçimdir
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçmiş həyat yoldaşı Feyza Aktandan qalmaqallı şəkildə ayrılan ulduz oğlu Kuzeylə fotolarını instaqramda paylaşıb. Onun paylaşımına yazdığı duyğusal sözləri xüsusilə diqqət çəkib.
“Bu gün qarpızını yeyib öz-özünə mahnı oxuyarkən üzümdə axmaq sevgi dolu təbəssümlə sənə baxdığımı gördün. Sonra soruşdun.
- Ata...
- Söylə, oğlum.
- Mənə yaraşır?
- Nə yaraşır oğlum?!
- Xoşbəxtlik.
- Atan qurban olsun, xoşbəxtlik hər kəsə yaraşır. Uşaqlara çox yaraşır, xüsusən də sənə, oğlum.
- Sənə də ata.
Sonra dünyanın ən gözəl gözləri ilə yeməyə davam etdin. Həyatımın ən gözəl, alt mətnlə dolu söhbətini etdik. Haqqında kitablar yazılası dolu bir an idi.
Bəli oğlum, xoşbəxtlik intellektual seçimdir. Buna hər kəs nail ola bilməz... Bu dünya sənin 4 yaşında qavradığın, amma bir ömür boyu qavradıqlarını qavraya bilməyən cahil insanlarla doludur. Hər kəsə və hər şeyə baxmayaraq, özünə yaraşanı et və xoşbəxt ol... Amma heç vaxt bunu başqalarının bədbəxtliyi üzərində qurma! Atanız zaman-zaman bilərəkdən və bilməyərəkdən “xoşbəxtlik düşmənlərinə” bu fürsəti verib. Təbii ki, bu “fürsət” bir daha heç kimə verilməyəcək! Bu səhvə yol verməyin. Bəli, oğlum hər ikimizə çox yaraşır. Səni çox sevirəm, canım oğlum...” , - aktyor sonda qeyd edib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)