Magazin2
Rok-n-rollun kralı indi sağlığındakından daha çox “qazanır” - FOTO
Amerika melomanlarının idolunun kapitalı və əmlakı sağlığında olduğundan daha çox və zəngindir. Bəs, onun çoxmilyonluq varidatını bu gün kimlər və necə idarə edir?
Publika.az izləyicilərini ötən əsrin 60-70-ci illərində təkcə Amerikada deyil, bütün dünyada ən məşhur müğənni, bu gün də "rok-n-rollun kralı" kimi yad edilən Elvis Preslinin uzun müddət geniş ictimaiyyətə bəlli olmayan bəzi gizlinlərindən agah edir.
Ölümündən qırx beş il keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən sevilən, populyar və ...zəngin müğənniləri sırasındadır. Bir müğənni kimi onun rekordlarını (albom, kasset satışı, pərəstişkar kütləsi, sərmayə qoyuluşu və s.) hətta indi də ən məşhur pop-müğənnilər yalnız şirin yuxularında görə bilirlər.
Elvis Presli düz 45 il bundan əvvəl - 1977-ci ilin avqustunda cəmi 42 yaşında öldü. Pop-ulduzun varidatı 25 yaşına çatanda qızı Liza Mariyə keçməli idi. O vaxta qədər isə Elvisin pulunu və əmlakını atası, nənəsi və keçmiş həyat yoldaşı Priçilla idarə edəcəkdi.
Liza Mari atasını necə xatırlayır? Gecə yarısı qulağına pıçıldadığı dini nağıllar və yatağına qoymazdan əvvəl öpüşləri indi də yadındadır: "Bəli, o həmişə məni gecənin bir yarısında oyadar, masaya oturub mahnı oxuyardı. Onu atam kimi xatırlayıram”. Bunları “ABC News”-a danışan Liza atasının çox həyəcanlı biri olduğunu da deyir.
Bəs, pop-idol öldüyü zaman bankda nə qədər pulu olub? Təxminən 19.6 milyon dollar. “The Express”-in yazdığına görə, bu gün Elvis Preslinin kapitalı 200 milyon dollardan artıqdır. Çünki, hələ sağlığında Presli bəzi sosial layihələrə sərmayə qoymuşdu. “Mən sərmayə qoyuram, amma maddi səbəblərə görə deyil. Əgər bu, insanların həyatını dəyişəcəksə və onların bunu etməkdən zövq aldığını görsəm...” –deyirdi. Hələ 1973 -cü ilin martında imzaladığı müqavilə hər hansı bir mahnısının satışına görə sənətçinin alacağı qonorarın həcmini nəzərdə tuturdu. Həmin qonorar bu gün də gəlməkdədir. Və indi həm ilbəil artan sərmayəni, həm də qonorarları idarə edən yeganə adam Preslinin qızı Liza Maridir.
“Forbes” jurnalının versiyasına görə, Elvisin təkcə 2020-ci ildə albom satışından xalis gəliri 23 milyon dollar təşkil edib. Bu, idolun sağlığında qazandığından daha çoxdur. Jurnalın “yüksək gəlirli ölülərinin” siyahısında Elvis Presli tez-tez digər pop-ulduz Maykl Ceksonla birlikdə siyahının başında görünür...
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





