Magazin2
Ancelina Colinin Bred Pittə yazdığı səmimi məktub İNTERNETƏ SIZDI
Hollivud aktrisası Ancelina Colinin 2021-ci ilin yanvarında Bred Pittə göndərdiyi elektron məktub sosial şəbəkəyə sızdırılıb.
Publika.az xəbər verir ki, iki məhşur arasında söhbət onların ümumi fransız şərab zavodu "Chateau Miraval" haqqında olub.
Coli Pittə payını niyə satmaq niyyətində olduğunu izah edib.
"Bu, ilk dəfə əkizləri gətirdiyimiz və anama həsr olunmuş lövhə üzərində evləndiyimiz yer... Nə ola biləcəyini vəd edən və qocalacağımı düşündüyüm yer. İndi də bu mesajı ağlamadan yaza bilmirəm. Xatirələri həmişə əzizləyəcəm", - deyə Coli yazıb.
Coli əlavə edib ki, o, bu şərab zavodunun Pittlə ittifaqını sayandırmaq istəyir, amma bunun əksi oldu - o, ondan qurtulmaq istəyir. Mətndə o, keçmiş ərinə payını almağı və ya üçüncü tərəfə satmağı təklif edir.
Xatırladaq ki, əşhur aktyor Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colini onun xəbəri olmadan birgə şərab zavodunun payını gizli şəkildə satmaqda ittiham edərək məhkəməyə verib .
O qeyd edib ki, bu illər ərzində o, şərab zavoduna çoxlu pul və vaxt yatırıb və onu gəlirli edib, baxmayaraq ki, Ancelina 28,4 milyon dollarlıq alış qiymətinin 40%-ni xərclədiyini etiraf edir.
Pitt israr edir ki, Coli sövdələşmənin təfərrüatlarını ondan qəsdən gizlədib və məhkəmə vasitəsilə onun ləğv edilməsini, həmçinin ona dəymiş zərərin ödənilməsini tələb edir.
Coli və Pitt 2019-cu ildə boşanıblar, 2014-cü ildə ailə qurublar.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir






.jpg)
.jpg)




























