Magazin2
Bred Pitin həyatını dəyişən hadisə
Bred Pitt etiraf edib ki, heykəltəraşlığa olan həvəsi Ancelina Colidən ayrıldıqdan sonra depressiyanın öhdəsindən gəlməyə kömək edib.
Publika.az xəbər verir ki, aktyor Nik Keyv və heykəltəraş Tomas Houseqo ilə "Financial Times"a müsahibə verib.
Keçən ay Finlandiyada Sara Hilden İncəsənət Muzeyində öz işlərindən ibarət sərgi keçirən məşhurlar yaradıcılığın həyatlarındakı rolundan söz açıblar.
Sərgidə bir neçə əsərini nümayiş etdirən Pitt bildirib ki, Hausaqo ilə 2016-cı ildə, hər ikisinin çətin günlər keçirdiyi dövrdə bir məclisdə tanış olublar. Bred toydan iki il sonra Ancelina ilə ayrılmış, Tomas isə psixi problemləri ilə mübarizə aparıb. Görüşdən qısa müddət sonra Pitt onun studiyasına baş çəkib və özünü yeni rolda sınayıb. O, heykəltəraşı 90-cı illərdən tanıdığı Nik Cave ilə də tanış edib.
"Bizim kədərimiz bir anda komediyaya çevrildi. Və birdən həyatımda bir sevinc alovu yanmağa başladı. Mən həmişə heykəltəraş olmaq istəmişəm, həmişə cəhd etmək istəmişəm", - Bred Pitt bildirib.
Tomas Houseqo da dərd və kədərin onları bir-birinə yaxınlaşdırdığını və bu dostluğun hər birinə yaxşı təsir etdiyini deyib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin








.jpg)

.jpg)










.webp)
.png)










.jpg)
.jpg)