Magazin2
Prezident seçkilərinin taleyini o təyin edəcək - FOTO
Dünya şöhrətli müğənni Taylor Sviftin noyabrda ABŞ-da keçiriləcək seçkilərdə böyük rol oynayacaq. Belə ki, aparılan sorğuda hər 5 nəfərdən 1-i Sviftin dəstəkləyəcəyi namizədə səs verəcəyini bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 11 "Qremmi" də daxil olmaqla 500-ə yaxın mükafatın sahibi olan pop ulduzu Taylor Svift keçən ilin yekunlarına əsasən "Time" jurnalı tərəfindən ilin adamı seçilib.
ABŞ bütün diqqətini noyabrda keçiriləcək seçkilərə cəmləyərkən diqqətçəkən bir araşdırma aparılıb. Belə ki, ABŞ-ın “Redfield & Wilton Strategies” araşdırma şirkəti aparıcı media qurumlarından olan "Newsweek" üçün sorğuda keçirib. Sorğuda Taylor Sviftin fikir liderinə çevrildiyi diqqət çəkib. Fikri soruşulanların hər 5 nəfərdən 1-i 34 yaşlı Sviftin dəstəklədiyi prezidentliyə namizədə səs verəcəyini bildirib. Seçicilərin 18 faizi Taylor Sviftin dəstəklədiyi namizədə səs vermə ehtimalının yüksək olduğunu bildiriblər.
Qeyd edək ki, Amerikada keçirilən seçkilərdə bu ilin seçiciləri arasında 8 milyon yeni seçici olacaq, Ümumilikdə 41 milyon "Z nəsil" seçicisinin iştirak edəcəyi bildirilib. Sorğu ilin əvvəlində 1500 seçici arasında keçirilib və 45%-i Teylor Svift fanatı olduğunu bildirib. Taylorun təsiri əsasən siyasi iştirakı az olan yeni seçicilərə aiddir.
Qeyd edək ki, Teylor Svift əvvəllər Demokratik Tennessi qubernatoru Fil Bredeseni 2018-ci ildə Senatda namizəd olarkən dəstəkləyib və o, 2020-ci ildə də prezident Co Baydeni dəstəkləyib.
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI
-
Magazin116 Dekabr 21:48"Buna görə ağlamaq dərəcəsindəyəm"
-
Nida Xəbər 16 Dekabr 21:00Mais Bərxudarov görün kimlərlə görüşdü - FOTO
-
Magazin116 Dekabr 20:00Azərbaycanlı müğənni keçmiş əri üçün ELÇİ GEDƏCƏK
-
Dəb16 Dekabr 18:48Qalibi seçən münsiflərimiz… - FOTO



















.jpg)





















