Region
Türkiyədə sakinlər TƏLAŞ İÇİNDƏ - Dəniz 20 metr geri çəkildi
Türkiyənin Mərmərə dənizi gözlənilmədən sahildən 20 metr geri çəkilib.
Publika.az xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb .
Bu qəribə hadisə Tekirdağın Marmara Ereğlisi rayonunda baş verib. Su sahildən təxminən 20 metr geri çəkilib. Suyun geri çəkildiyi ərazilərdə qumlu adalar əmələ gəlib və bir neçə qayıq dayazlıqda quruya çıxıb. Hadisə yerli sakinlər arasında çaşqınlıq və narahatlıq yaradıb.
Noyabr ayında Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, əgər mövcud iqlim və antropogen tendensiyalar davam edərsə, Xəzər dənizinin suyun səviyyəsi 2030-cu ilə qədər təxminən yarım metrə enə bilər. Nazirlik aydınlaşdırıb ki, Xəzər dənizinin suyun səviyyəsi 2006-cı ildən bəri iki metrdən çox düşüb.
Xəzər dənizinin suyun səviyyəsi tarixən təbii və antropogen amillərin təsiri altında dəyişib. 1900-cü ildən 2024-cü ilə qədər aparılan sistematik müşahidələr ümumilikdə təxminən dörd metr azalma göstərir
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar















.jpg)


















