Nida Təhlil
İranın yeni prezidenti kim olacaq? - Mümkün ssenarilər və Pezeşkian amili
İbrahim Rəisinin ölümündən sonra İranda keçiriləcək növbədənkənar prezident seçkiləri bu ölkədə rejimin mahiyyətində böyük dəyişikliyə səbəb olmasa da, daxili siyasi mübarizə fonunda maraqlıdır.
Seçkidə 6 namizədin mübarizə aparacağı gözlənilirdi: islahatçı qanadı təmsil edən keçmiş səhiyyə naziri Məsud Pezeşkian və mühafizəkar qanadı təmsil edən parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Tehran meri Əlirza Zəkani, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi, vitse-prezidenti Seyid Əmir Hüseyn Qazizadə;
Seçkiyə iki gün qalmış Qazizadə Qalibafın xeyrinə namizədliyini geri götürdü, daha sonra Zəkani da eyni addımı atdı. Bu, yarışda Qalibafın mühafizəkar namizədlər arasında irəliyə çıxmasına şərait yaradır. Lakin Pezeşkian seçicilər arasında nüfuzu və bütün rəy sorğularında öndə olması üzərində dayanılması vacib olan məqamdır.
Və əsas sual islahatçı Pezeşkianın seçkiyə niyə buraxılmasıdır.
Rəisinin ölümündən sonra dini lider Xameneinin də istəyinə uyğun olaraq, mühafizəkar siyasi xəttin davam edəcəyi, bu baxımdan, əsas mübarizənin də bu qanada məxsus namizədlər arasında olacağı açıq görünürdü. Hərçənd, Pezeşkianın namizədliyinin qeydə alınması bu gözləntiləri arxa plana keçirdi. Pezeşkian mühafizəkar rejim üçün təkcə islahatçı qanadı təmsil etməsi ilə yox, həm də bütün etnik qruplar arasında nüfuzu ilə problemli namizəddir: o, ana tərəfdən kürd olsa da, azərbaycanlı kimi qəbul edilir və həm kürdlərin, həm azərbaycanlıların, həm də digər etnik qrupların dəstəyini əldə edir;
Və bəllidir ki, bütün etniklərin birləşməsi İran rejimi üçün qorxulu perspektiv vəd edir. Bu perspektiv fonunda islahatçı Pezeşkianın seçki yarışına buraxılmasının iki mümkün səbəbi ola bilər.
Birincisi, Rəisinin yeri uğrunda mühafizəkar qanad arasında yaşanan mübarizənin dayandırılması, onların islahatçıya qarşı birləşməsidir: bu ssenari tam baş tutmasa da, iki namizədin Qalibafın xeyrinə geri çəkilməsi ilə müəyyən nəticə əldə olundu;
İkincisi, islahatçı namizədin hakimiyyətə gətirilməsi və ölkədəki bütün problemlərin onun üzərinə yıxılaraq, bir müdət sonra impiçment edilməsi: bu, İran siyasətinə yad deyil və mövcud daxili etirazlar fonunda mühafizəkarların “təmizlənməsi” məqsədilə belə bir ssenari istisna edilməməlidir;
Bu iki amillə yanaşı, Pezeşkian gedişi Xameneinin mühafizəkar qanada “əzələ nümayişi” də ola bilər. Dini liderin mütləq hakimiyyəti nə qədər güclü olsa da, mühafizəkar qanad arasında qarşıdurma problemlərin də olduğunu təsdiq edir. Xamenei üçünsə vacib olan postunun oğlu Müctəbaya ötürülməsi, yaxud mümkün dəyişiklikdə ailəsinin qrantiya altına alınmasıdır. İstisna deyil ki, Xamenei bu gedişlə mühafizəkar qanada istədiyi olmasa, nələrin baş verə biləcəyini göstərmək istəyir.
Bütün hallarda Pezeşkian amili hazırda İran siyasətində kilid nöqtəyə çevrilib. Və seçkinin nəticələrini proqnozlaşdırmağı da çətinləşdirir.
Bir tərəfdə islahatçıları ətrafında birləşdirən və kütləvi dəstəyi olan Pezeşkian, digər tərəfdə Qalibafın xeyrinə çəkilmələrdən sonra belə bir neçə namizədlə mübarizə aparan mühafizəkarlar var. Bu amil mühafizəkar qanadın səslərinin bölünməsinə səbəb olacaq. Obyektiv reallıqlarda Pezeşkianın seçilmə şansı çox görünsə də, onun rejim üçün yarada biləcəyi təhlükə subyektiv reallıqların həlledici olacağı ehtimalını ön plana çıxarır. Bunun fonunda seçkinin II tura qalacağı təxmilərini irəli sürmək mümkündür:
- I turda tərəflər lazım olan baryeri aşa bilməyəcək;
- II turda mühafizəkarlar birləşəcək, əsas namizəd böyük ehtimalla Qalibaf olacaq və seçkini qazanacaqlar;
Mümkün ssenari belə görünür. Daha az ehtimal olsa belə, Pezeşkianın “qurban verilmək” üçün seçilməsi variantı da unudulmamalıdır. Xamenei isə seçkinin nəticəsindən asılı olmayaraq, İran daxilindəki qüvvələrə “nələr edə biləcəyini” göstərə bildi.
Asif Nərimanlı
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ