Maskın gizli övladı üzə çıxdı
Bizi izləyin

Magazin2

Maskın gizli övladı üzə çıxdı

Şəxsi həyatı ilə tez-tez gündəmə gələn amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın 12-ci uşağının olduğu iddiaları yayılıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg”-in dərc etdiyi hesabatda bildirilir.

Maskın “Neuralink” meneceri Şivon Zilisdən daha bir övladının dünyaya gəldiyi iddia edilib. Onun müğənni Qraymsdan 3, əvvəlki münasibətlərindən isə 6 övladı var. 2022-ci ildə isə başqa birindən əkizləri dünyaya gəldiyi ortaya çıxıb.

Son həftələrdə onun “SpaceX”də birdən çox əməkdaşı ilə münasibətinin olduğu da iddia edilir. Hətta onlardan birinin təcrübəçi olduğu bildirilir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm