Magazin2
22 yaşında Türkiyəyə qaçdı, həyatı dəyişdi - İndi pula pul demir - FOTOLAR
İsveçdə doğulub böyüyən 22 yaşlı Nicole Gheibi verdiyi ani qərarla həyatını dəyişib. Turizmin önəmli şəhərlərindən olan Alanyaya köçərək Türkiyəni gəzməyə başlayıb və sosial media üçün çəkdiyi kənd həyatı videoları ilə qısa müddətdə böyük maraq qazanıb.
Publika.az xəbər verir ki, Nicolenin videolarına milyonlarla baxış gəlir.
İsveçin Helsingborg şəhərində dünyaya gələn 22 yaşlı Nicole Gheibi isti iqlimi və səmimi insanları ilə tanınan Alanyada 2021-ci ildə tamamilə fərqli bir həyat qurub. Gənc yaşda verdiyi radikal qərarla İsveçdəki rahat həyatını arxada qoyaraq Türkiyəyə köçən Nicole Alanyanın kənd bölgələrində təbii həyatı əks etdirən videolar çəkməyə başlayıb.
320 min izləyicisi var
Kənddə inək sağmaqdan, təndirdə çörək bişirməyə, bağçadan tərəvəz yığmağa qədər bir çox ənənəvi anı lentə alan Nicole sosial mediada böyük rəğbət qazanıb. Sosial mediada 320 min izləyiciyə çatan bu gənc fenomenin videoları milyonlarla dəfə izlənib. Xüsusilə türk izləyicilərinin ona böyük maraq göstərdiyini də qeyd edir. Nicolenin paylaşımlarına gələn şərhlərdə onu "Yad deyil, bizim kimidir" deyə səciyyələndirən kənd əhalisi onu böyük sevgi ilə qarşılayıb.
"Kənd həyatı mənə rahatlıq verir"
Qəfil qərarla Türkiyəyə, sonra isə Alanyaya yerləşən sosial media məzmun istehsalçısı Nicole deyir:
"Ailəm Alanyaya köçmək istədi, mən də bunu fürsət kimi gördüm. İsveçdən qaçmaq istəyirdim, oranı heç sevmirəm. Mən kənd həyatını və yeni mədəniyyətlər kəşf etməyi sevirəm. Türkiyəyə tətildə gələndə kənd həyatını gördüm və çox sevdim. Mənə böyük rahatlıq verir. Sosial mediada məni görənlər çox pozitiv rəy bildirirlər. Kənd həyatını görənlər müsbət şeylər deyirlər. Türkiyəni buna görə çox sevirəm. Alanya çox gözəl yerdir və burada hər şey var".
"Kəndləri gəzirik"
Nicole ilə tanış olduqdan sonra birgə kənd videoları çəkən Selçuk Paksoy isə bildirib:
"Nicole ilə 2 il əvvəl tanış olduq. Ailəsi də özü də çox gözəl insanlardır. Nicole ilə müxtəlif fəaliyyətlər həyata keçiririk, videolar çəkirik və kəndləri gəzirik".
Alanyaya könüllü bir tanıtım elçisi kimi töhfə verən Nicole yerli mədəniyyəti tanıtması ilə də diqqət çəkir.(Milli.Az)
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi







.png)
.png)

.png)






























