Magazin2
Devid Linçin görün hansı şəxsi əşyaları satıldı - 4,25 milyon dollara...
Amerikalı dünya şöhrətli mərhum rejissor Devid Linçin şəxsi əşyaları Los-Ancelesdə keçirilən hərracda 4,25 milyon dollara satılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərracda 450-yə yaxın əşya nümayiş etdirilib.
Ən yüksək təklif onun yarımçıq qalmış "Ronni Roket" filminin ssenarisinə gəlib - 195 min dollar.
104 min dollara "Mulholland Drive" filminin ssenariləri, 91 min dollara "Twin Peaks" teleserialının pilot bölümünün ssenarisi alıcı tapıb. Linçin adı həkk olunmuş direktor kreslosu isə 70 min dollara satılıb.
Rejissor üçün xüsusi olaraq hazırlanmış beş perdəli gitara 39 min dollara, qırmızı pərdə və ağ-qara xalça isə 32 500 dollara satılıb.
Linçin videokameralar və musiqi avadanlığı kimi şəxsi əşyaları, hətta sevimli "La Marzocco GS/3" ev espresso maşını da hərraca çıxarılıb.
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu











.png)
.jpg)

.png)




















