Magazin2
Məşhur modelin paltarı Bezosun toyunda cırıldı - FOTO
Aktyor Leonardo Di Kaprionun sevgilisi, model Vittoria Çeretti milyarder Ceff Bezos və jurnalist Loren Sançesin toyu zamanı paltarını cırıb.
Publika.az xəbər verir ki, model fotonu "Instagram"da yerləşdirib.
Vittoria Ceretti sevgililər məclisində "Dolce & Gabbana" brendinin açıq kürəyi və dekolteli şəffaf maksi paltarında çıxıb. Model görünüşünü gümüş rəngli mufta, boyunbağı və qolbaqla tamamlayıb. Model şəxsi bloqunda libasdakı deşikləri göstərdiyi fotosunu yerləşdirib. Lakin məşhur paltarı necə korladığını açıqlamayıb.
Qeyd edək ki, Ceff Bezos və Loren Sançesin toyu Venesiyada baş tutub, şənliklər iyunun 26-dan 28-dək keçirilib. "Page Six" tabloidi iddia edib ki, milyarder və jurnalist İtaliyaya getməzdən əvvəl ABŞ-da evləniblər.
Tədbirə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və Kardaşyan ailəsinin bir neçə üzvü də daxil olmaqla 200-ə yaxın məşhur və biznes elitası dəvət olunub.
Adəm

-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO











.png)

























