Nida Xəbər
Ceyhun Bayramov: Azərbaycana ATƏT-ə sədrlik təklif olunub
Azərbaycanın ATƏT-ə sədrliyi üçün namizədliyi irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ceyhun Bayramov ölkəmizə ATƏT-ə sədrliyə dair təklifin təqdim edildiyini və Bakının buna müsbət yanaşdığını bildirib.
Nazir qeyd edib ki, ATƏT-in hazırkı fəaliyyətdə olan sədri İsveçrədir və onun sədrlik müddəti dekabrın 31-də başa çatır:
“İsveçrədən sonra təşkilata rəhbərlik edəcək ölkənin müəyyənləşdirilməsi ilə bağlı bir ildən artıqdır müzakirələr aparılır”.
Nazirin sözlərinə görə, ATƏT məkanında mövcud gərginlik və ölkələr arasındakı ziddiyyətlər səbəbindən bütün üzvlərin razılaşa biləcəyi namizədin müəyyənləşdirilməsi mümkün olmayıb:
“Azərbaycan indiyədək konsensus əsasında irəli sürüləcək istənilən namizədi dəstəkləməyə hazır olduğunu bildirib”.
Ceyhun Bayramov vurğulayıb ki, dekabrın 3-4-də Luqanoda keçiriləcək ATƏT Nazirlər Şurasının iclası yaxınlaşdığından son həftələrdə məsləhətləşmələr intensivləşib və yeni alternativ təkliflər irəli sürülüb:
“Həmin təkliflər sırasında Azərbaycanın da namizədliyinin müzakirəyə çıxarılması yer alıb”.
Nazir bildirib ki, müzakirələr zamanı 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi yanaşması da gündəmə gəlib:
“Bu paket çərçivəsində Azərbaycanın adı ilə yanaşı, Ermənistanın da namizədliyi təklif olunub”.
Onun sözlərinə görə, bu yanaşma Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması fonunda regionda yaranmış müsbət dəyişiklikləri nəzərə alır:
“Uzun illər ərzində iki ölkənin ATƏT-ə sədrliyi məsələsi belə müzakirə olunmurdu, çünki tərəflərin bir-birinin namizədliyini qəbul etməyəcəyi aydın idi”.
Ceyhun Bayramov Azərbaycanın təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazır olduğunu və konsensus əldə ediləcəyi təqdirdə təklifə müsbət yanaşdığını bildirib.
O, məsləhətləşmələrin davam etdiyini, yekun nəticəni isə indidən proqnozlaşdırmağın mümkün olmadığını deyib.
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var














.jpg)






.png)














