Maraq dünyası
Qəpik qarşılığında cinsi əlaqəyə girən kisəçilər və onların ağlasığmaz seks hekayələri
Tarix sadəcə böyük savaşlardan ibarət deyil. Təbii olaraq, tarix ana mərkəzi olan insanın çevrəsindəki hekayələri də özündə əks etdirir.
Publika.az sosial həyatın içindən bir parça olan tarixi hamamların bilinməyən tərəflərinə işıq tutur.
17-ci əsrin sonlarında hamamçıların başçısı olan Dərviş İsmayıl tərəfindən qələmə alınan “Dəlləknamə” adlı əsər həmin dövrdə hamamlarda yaşanan gizli hadisələri ehtiva edir. Bu kitabda İstanbulun hamamları və orada işləyən kisəçilər haqqında bilgi verən Dərviş İsmayıl 11 məşhur kisəçidən bəhs edir.
O, kitabda pul qarşılığında müştərilərlə cinsi əlaqəyə girən kisəçilərin adlarını və bu işə necə başladıqlarını detallı şəkildə nağıl edib. Yazıçı o dövrdə 408 hamamda 2321 nəfərin işlədiyini qeyd edib.
Yazıçının kitabının qəhrəmanlarından kisəçi Yəmənici Balidir. O, bir dəfə gecə vaxtı limandan keçərkən dənizçilər tərəfindən qaçırılıb və zorlanıb. Yazıçı bundan sonra Balinin passiv homoseksual kimi “Kılıç Ali Paşa” hamamında pul qarşılığında işləməyə başladığını yazıb.
Başqa bir “kisəçi” Qara Davud adlı adamın həyatını qələmə alan yazar onu belə təsvir edib:
“Toxmaqçıdır, gecə-gündüz bəy, paşa, ağa və əfəndiləri toxmaqlayır. Bir it oğlu itdir. Paltarsız, yalınayaq gəzər, hamam-hamam dolaşır. Avaranın biridir”.
Yazıçı kisəçilərin cinsi əlaqə qarşılığında aldığı pulun miqdarını belə qeyd edib:
“Hamamda kisəçilərlə cinsi əlaqənin bir dəfəsi 100 qəpikdir. Gecə yataq yoldaşlığı 300 axçadır...”
Yazıçı digər bir “kisəçi”ni belə təqdim edir:
“Kalyonçu Süleyman günlərin bir günü Xasköy qülləsindən gəlib Kəlafətdəki Ali Paşa qəhvəxanasında çıl-çılpaq, yalınayaq oturub. Piyalə Paşa hamamının ağası bunu görüb və başdan çıxararaq öz hamamına aparıb. Bir neçə gün sonra isə müştəri qarşısına çıxarıb.
Süleyman müştərisini xəlvətə apardıqdan sonra bütün bədənini masaj edib və lazımi konsistensiyaya gətirdikdən sonra çıl-çılpaq soyunaraq müştərisinin xidmətinə uzanıb. Süleymanın bu qayğıkeşliyi və mülayimliyi ona 100 deyil, 300 qəpik qazandırıb”.
İnsanlıq tarixinin hər dönəmində və günümüzdə də olduğu kimi bu tip münasibətlərin yaşanması artıq normal qarşılanır.
Zümrüd
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi
-
Magazin222 İyun 22:46300-dən çox daşınmaz əmlakı var - Kirayədən aylıq 10 milyon qazanır
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
-
Nida Xəbər 22 İyun 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Hadisə22 İyun 18:50Dənizdə batan şəxslərin yarımçıq qalan süfrəsi - Foto
-
Elm və təhsil22 İyun 18:40Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev
-
Ekologiya22 İyun 18:30Üç gün yağış yağacaq














.jpg)





















