Maraq dünyası
Tapılan qadın sümükləri nazirin ulu nənəsinə məxsus imiş - - FOTOLAR
1975-ci ildə İsveçrənin Bazel şəhərində yerləşən Barfyusser kilsəsində tapılan qadın mumyasının şəxsiyyəti təyin edilib.
Publika.az xəbər verir ki, düz kilsənin səcdəgahının altında basdırılan adsız qadının qalıqları aşkar edildikdə onun üzərində yüksək zadəganlara məxsus bahalı geyim, daş-qaş olub. Bundan əlavə, bu kilsədə zamanında Bazelin ən tanınmış ailələrinin üzvləri dəfn edilib.
Sonradan alimlərin araşdırmaları nəticəsində tapılan mumyadan alınan dezoksiribinuklein turşusunun analizinin cavablarına əsasən 99,8 faiz bu qadının Anna Katarina Bişoff olduğu təsdiq edilib. Qadının İngiltərənin xarici işlər naziri Boris Consonun ana xəttindən qohumu olduğu deyilir. Boris Conson isə bu xəbərə özünün Tvitter səhifəsindən cavab yazıb. O bildirib ki, ulu nənəsi haqqında eşitmək onun üçün çox xoş olub.
Alimlər qeyd edib ki, varlı Bişoff sülaləsinin üzvü olan qadın 1719-cu ildə Bazeldə doğulub. Anna Katarina Bişoff kilsə işçilərindən biri ilə ailə qurub. Məhz bu evlilikdən sonra o, siflisə yoluxub. Onun 1787-ci ildə siflisdən müalicə zamanı civə ilə zəhərlənmədən dünyasını dəyişdiyi məlum olub.
Anna Katarinanın 7 uşağı olub. Onlardan yalnız 2-si uzun ömür sürə bilib.
Könül Cəfərli
-
İdman18:24Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki…
-
İdman18:00Həftədə 500 min avro qazanır: Qızının sınıq telefonu gündəm oldu
-
Sağlamlıq17:55Parkinson xəstəliyinin qarşısını bu üsullarla almaq olar
-
Maraq dünyası17:50Yaşlı kişinin mənzilindən 250 it tapıldı - Video+Foto
-
Ekologiya17:15Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Hadisə15:51Masazırda öldürülən qadınlar yaxın qohum imiş - Təfərrüatlar(Yenilənib)
-
Hadisə15:21Bakının bu ərazisində sürüşmə baş verdi
-
Sosial14:10Qanuna da məhəl qoyulmur: Azərbaycanda hələ də qohum evlilikləri var




































