Maraq dünyası
Bir şərh yazmaqla Xorvatiyaya səyahət qazana bilərsiniz
Dünyanın ən çox izlənən televiziya seriallarından olan “Game of Thrones”un (Taxt oyunları) finalını doğru təxmin edən şəxsə mükafat veriləcək.
Publika.az xəbər verir ki, “Unforgettable Croatia” (Unudulmaz Xorvatiya) adlı tur şirkəti serialdakı ipuclarını birləşdirən və taxta kimin çıxacağını doğru təxmin edən şəxsə Xorvatiyada lüks tətil vəd edir.
Xorvatiya serialın “Krallar torpağı”, Qart, Bravos, Vesteros Riverlands kimi əsas məkanlarına ev sahibliyi edir. Yarışmanı qalib bitirən şəxs də məhz bu məkanları gəzə biləcək. əlavə olaraq, qalib Split və Dubrovnik şəhərlərilə Hvar və Vis adalarını da görə biləcək. O, tətili boyunca 5 ulduzlu hoteldə qonaqlayacaq. Lakin beynəlxalq uçuş xərclərini özü qarşılayacaq.
14 aprel tarixində start götürən yarışma 5 may 23:59-dan etibarən dayandırılacaq. Yarışmaya qatılmaq üçün bu müddət ərzində tur şirkətinin sosial media hesabında finalın necə olacağı ilə bağlı ehtimalları bölüşmək lazımdır. Doğru cavabı verənlər arasından seçiləcək şanslı insan oktyabrda Xorvatiyaya gedəcək.
Zümrüd
-
Yaxın Şərq23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin223:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var











.jpg)
























.jpg)