Maraq dünyası
Erkən doğulan minlərlə uşağın həyatını xilas edən müəmmalı adam - FOTO
Həkim olduğunu iddia edən Martin Kauni 20-ci əsrin əvvəllərinin ən mübahisəli adamlarından biri idi. Amma bu gün o, minlərlə yeni doğulanların həyatını xilas edən qəhrəman sayılır.
Publika.az oxucuları Martin Kauni haqqında maraqlı faktlarla tanış edir.
Martin Kauni 1869-cu ildə Polşada anadan olub. Əsl adı Maykl Koen idi, amma 18 yaşında Nyu-Yorka mühacirət edəndə bu adı dəyişdi. Kauninin tibbi təhsilini təsdiq edən heç bir rəsmi sənədi olmayıb. Lakin o, özü müasir perinatal təbabətin banisi olan Pyer-Konstant Buden adlı məşhur fransız həkimin tələbəsi olduğunu iddia edirdi. Ali təhsilə dair sənədi olmasa da, Kauni bütün həyatını tibbə, daha dəqiq desək, vaxtından əvvəl doğulmuş körpələrin xilasına həsr edib. Doun Raffelin “The Strange Case of Dr. Couney: How a Mysterious European Showman Saved Thousands of American Babies” adlı kitabında (Həkim Kauninin sirli hekayəsi: avropalı şoumen minlərlə amerikalı körpəni necə xilas etdi) Kauninin bütün həyatı boyu 7 minə yaxın erkən doğulmuş körpəni ölümdən necə xilas etməsindən danışır.
Kitabda qeyd olunub ki, 20-ci əsrin əvvəllərində xəstəxanalarda vaxtından əvvəl doğulmuş körpələrin həyatı uğrunda mübarizə aparılırdı. Tibb jurnalları açıq şəkildə belə körpələri “zəif” adlandırırdı. Həkimlər isə yeni doğulan körpələri xilas etmək əvəzinə, bu mübarizənin ümidsiz olduğunu deyir və sadəcə bundan imtina edirdilər. O dövrdə xəstəxanalar üçün küvezlər bahalı zövq idi və vaxtından əvvəl doğulan körpələr üçün heç kim böyük xərclər çəkmək istəmirdi. Kauni isə sübut etmək istəyirdi ki, belə uşaqlar nəinki sağ qalacaq, həm də dolğun ömür sürə biləcək. 1903-cü ildə bir neçə küvez aldı, Koney adasında bina icarəyə götürdü və “sərgi” təşkil etdi. “Eksponatlar” təşəbbüskar Martinin vaxtından əvvəl doğulmuş körpələrin qoyulduğu qutular idi.
Bir körpənin saxlanılması Kauniyə gündə 15 dollara başa gəlirdi ki, bu da hazırda təxminən 400 dollara bərabərdir. O, belə xərcləri ödəyə bilmədiyi üçün hər bir ziyarətçidən giriş üçün 25 sent aldı. Kauni tək işləmirdi, onun işə götürdüyü tibb bacıları uşaqlara qulluq edirdi.
Kauni həm də reklam kampaniyası ilə məşğul olurdu, girişdə qoyulan “Uşaqlara baxmağı unutmayın!” kimi şüarlarla ictimaiyyəti cəlb edirdi. 1922-ci ildə Kauni hətta Arçibald Liç adlı gənc aktyoru işə götürdü və o, daha sonra geniş ictimaiyyət arasında Keri Qrant kimi tanındı. Qəzetlərdə qeyri-adi şou haqqında çıxan məqalələr işə yaradı. Beləliklə, tamaşaçılar çəkisi bir kiloqramdan az olan uşaqlara maraqla baxmağa getməyə başladılar.
Ruffelin kitabında yazdığına görə, Kauni onu sual atəşənə tutan ziyarətçilərlə də ünsiyyətdən imtina etmirdi. Bir çoxları Kaunini xəsislikdə günahlanrır, hətta onu təqiblərə məruz qoyurdu. Həkimlər onun peşə etikasını pozduğunu bildirir, ictimaiyyət isə onun “qeyri-insani” davranışını kəskin pisləyirdi. Amma o, demək olar ki, buna əhəmiyyət vermirdi. Kauni ilk növbədə insanların həyatını xilas etməklə məşğul idi və işinə çox ciddi yanaşırdı. Çaxnaşmaya və qorxuya düşən valideynlər erkən doğulan övladlarını onun yanına gətirərək xəstəxanaların kömək etmədiyini deyirdilər. Beləliklə, Kauni o körpələri dərhal öz himayəsinə götürürdü. Burada onlara lazımi qayğı göstərilirdi: körpələr çimizdirilir, spirtlə silinir və möhkəm şəkildə bələnir, sonra körpənin çəkisi və yaşından asılı olaraq müəyyən bir temperaturda küvezə yerləşdirilirdi. Hər iki saatdan bir uşaq əmizdirə bilənləri balaca liftlə yuxarı qaldırırdılar. Uşaqları həm də binada yaşayan tibb bacıları əmizdirirdi. Qida borusu inkişaf etməmiş digər körpələr isə burundan qidalanırdılar. Kauni insanları erkən doğuşla bağlı maarifləndirməyə çalışdığını deyirdi. O, tibb müəssisələrini inandırmağa çalışırdı ki, düzgün müalicə ilə körpələrin sağqalma faizini artıra bilər. Bundan əlavə, Martin ictimaiyyətin bu müalicənin faydalarını öz gözləri ilə görməsini və belə uşaqların xilas ola biləcəyinə inanmasını istəyirdi.
Martin Kauni layihəsi barədə heç bir qeyd qoymayıb. Lakin o, xəstələrinin sağqalma nisbətinin 85 faiz olduğunu iddia edirdi. Yeri gəlmişkən, o, vaxtından əvvəl doğulan qızını da belə xilas edib. Zamanla Kauni uğurunun həqiqi sübutunu təqdim etdi. O, xilas etdiyi uşaqları çağırıb onları da müəyyən mənada bu işə cəlb edirdi. Bəzən isə “uğur” özü ona yaxınlaşırdı. 1939-cu ildə Nyu-Yorkda keçirilən Ümumdünya Sərgisində 19 yaşlı bir qız ona yaxınlaşaraq həyatını xilas etdiyi körpələrdən biri olduğunu deyir. 1943-cü ildə Nyu-Yorkda vaxtından əvvəl doğulmuş körpələr üçün ilk xüsusi şöbə açıldı. Elə həmin il Kauni işinin bitdiyini deyərək sərgisini bağladı.
Kauni bu işdən heç bir gəlir qazanmadan 1950-ci ildə 80 yaşında yoxsulluq içində vəfat edib.
Aytən Məftun
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO