Maraq dünyası
Dünyadakı dillərin səslənişi iqlimdən asılıdır - ARAŞDIRMA
Dilçilər iqlim və dillərin səslənişi arasında əlaqə aşkar ediblər.
Publika.az “Phys.org”a istinadən xəbər verir ki, bu barədə “Frontiers in Psychology” jurnalında dərc olunan “Dillərin səs strukturuna ətraf mühitin təsirini nümayiş etdirmək: problemlər və həll yolları” başlıqlı məqalədə bildirilib.
Alimlər rütubət, hündürlük, temperatur, yağıntı və bitki sıxlığı kimi ətraf mühit şəraitini qiymətləndiriblər.
“Biz müxtəlif ekoloji və linqvistik dəyişənlərin əslində bir-biri ilə necə güclü korrelyasiyada olduğuna baxmağa çalışdıq”, - araşdırmaçılar vurğulayıblar.
Bəlli olub ki, temperatur və rütubət yüksək olan ərazilərdə insanlar daha çox saitlərdən, dağlarda isə partlayan samitlərdən istifadə edirlər. Rütubətli bölgələr üçün daha mürəkkəb ton sistemləri xarakterikdir.
Elm adamları bu faktların açıqlamasını tapmağa çalışıblar. Təkliflərdən biri budur ki, yüksək hündürlükdə insanlar rütubəti qorumağa çalışırlar, buna görə də səs tellərini bağlı tutan səslərdən istifadə edirlər.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, iqlim dəyişikliyi sonda dillərin səslənməsinə təsir edəcək. Bioloqlar artıq ekoloji şəraitə uyğunlaşan quş nəğmələrində də oxşar meyilləri müşahidə ediblər.
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək





































