Maraq dünyası
Dondurmanı belə yeyin, xəstəliklə bağlı ürəyinizi BUZ KİMİ SAXLAYIN
Yay aylarında dondurmadan çox istifadə boğaz infeksiyalarının artımı ilə müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, dondurma su ilə yeyildikdə boğaz infeksiyalarının yayılması azalır.
Publika.az xəbər verir ki, havaların istiləşməsi ilə sərinləmək üçün ən çox seçilən məhsul şübhəsiz ki, dondurmadır.
Mütəxəssislər bildirirlər ki, dondurma düzgün yeyildiyi təqdirdə sağlamlıq üçün heç bir problem yaratmır:
“Düzgün yeyilmədikdə immuniteti aşağı olan insanlarda boğaz infeksiyasına səbəb ola bilər. Dondurmanın tərkibində süd, yağ, şəkər, zülal və kalsium kimi orqanizm üçün vacib maddələr var. Yay aylarında uşaqlar üçün əvəzolunmazdır. Şirin sevən insanlar üçün sağlam qida mənbəyidir. Təbii meyvələrdən hazırlanmış meyvəli növləri ilə də antioksidant mənbəyidir”.

Dondurmanı su ilə yemək boğaz infeksiyalarının tezliyini azaldır. Bundan əlavə, dondurma qablaşdırmadan çıxarıldıqdan dərhal sonra yeyilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar üçün faydalıdır. Dondurmanı az-az yemək boğaz infeksiyası riskini azaldır.
Dondurmanı həddindən artıq yemək artıq çəkili insanlar üçün problem ola bilər. Dondurmanı tox mədəyə yemək daha sağlamdır. Lakin dondurmanı soyuq su ilə içmək olmaz.
Dondurma yedikdən sonra dişlərimizi qorumaq üçün ağız yuyulmalıdır. Burnu tıxanmış insanlar bütün gecə ağızdan nəfəs alırlar. Boğaz infeksiyası düzgün müalicə olunmazsa, bu infeksiya ürəyə, böyrəklərə və oynaqlara zərər verə bilər.
Aysel Şahmar
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək





































