Maraq dünyası
Ayda yaşamaq üçün enerji mənbəyi hazırlanıb
Alimlər astronavtların Ayda uzun müddət qalmasına imkan verəcək enerji mənbəyi hazırlayıblar.
Publika.az xəbər verir ki, NASA-nın "Artemida" Proqramının bir hissəsi olaraq, 2030-cu ildə Ayda bazanın qurulması hədəflənir. Uelsin Banqor Universitetinin alimləri baza üzərində həyatı mümkün etmək üçün xaşxaş toxumu qədər kiçik nüvə hüceyrələri inkişaf etdiriblər. Universitetin "Rolls Royce", Böyük Britaniya Kosmik Agentliyi və ABŞ-dakı Los Alamos Milli Laboratoriyası ilə birgə hazırladığı texnologiya bütün atom elektrik stansiyasını avtomobil ölçüsündə edir. Marsa səyahətdə dayanacaq kimi də istifadə edilə bilən Ay, müasir texnologiyalar üçün lazım olan bir çox qaynağa malikdir. Bu resursların yerində istifadəsi oradan başqa planetlərə səyahəti asanlaşdıra bilər.
Professor Midlburq bildirib ki, yaxın aylarda nüvə yanacağını hər tərəfdən sınaqdan keçirəcəklər. Ayda atmosfer olmadığı üçün havanın temperaturu -248 dərəcəyə enir. Universitet tərəfindən hazırlanan və Trisofuel adlı nüvə yanacağı "Rolls Royce" tərəfindən istehsal ediləcək mikro nüvə elektrik stansiyasında istifadə ediləcək. Professor Midlburq bildirib ki, bu elektrik stansiyasının raketə yüklənməsi və Aya aparılması mümkündür. Elektrik stansiyasının kosmos səyahətində təzyiq, sarsıntı və sürətlənmə təsirlərindən necə təsirlənəcəyi isə gələcək dövrdə həyata keçiriləcək sınaqlarla aydınlaşacaq. Banqor Universitetindən başqa bir komanda kosmik raketlər üçün nüvə hərəkəti mənbələri hazırlayır.
Nəzrin
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































