Maraq dünyası
150 milyon yaşlı "Barri" satışda: İNANILMAZ QİYMƏTƏ
Təxminən 150 milyon il əvvəl, son Yura dövrünə aid qeyri-adi dərəcədə yaxşı qorunan dinozavr skeleti gələn ay Parisdə hərraca çıxarılacaq.
Publika.az xəbər verir ki, ilk dəfə 1990-cı illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr 2000-ci ildə adını aldığı paleontoloq Barri Ceyms tərəfindən bərpa edilib. Keçən il Barrini satın alan İtaliyanın Zoic laboratoriyası hündürlüyü 2,10 metr və uzunluğu 5 metr olan skeletdə növbəti bərpa işləri aparıb.
Satışın reallaşacağı Paris hərrac evi olan Hotel Drouot-dan Alexandre Giquello, "Bu, çox yaxşı qorunmuş bir nümunədir və olduqca nadirdir. Kəllə nümunəsini götürsək, 90 faizi tamamlanıb. Dinozavrın (skeletinin) geri qalan hissəsinin isə 80 faizi tamamlanıb”, - deyə bildirib.
Oktyabrın ortalarında satışdan əvvəl ictimaiyyətə nümayiş etdiriləcək skeletin təxminən 1,28 milyon dollara satılacağı gözlənilir.
Nəzrin
-
Magazin123:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək







































