Maraq dünyası
Rusiya şirin kartofdan araq hazırlayacaq
Rusiya Koreya arağı istehsal edəcək.
Publika.az xəbər verir ki, Kaluqadakı "Kristal" spirtli içki zavodu soju (Koreya arağı) istehsalına başlayıb. Bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Qeyd edək ki, soju əsasən şirin kartof və ya taxıldan hazırlanır. O, Rusiyada "Stun" brendi adı altında istehsal olunacaq. Pərakəndə mağazalarda gözlənilən qiymət 0,375 litrlik şüşə üçün təxminən 200 rubl olacaq.
İstehsalın işə salınmasından sonra şirkət bu il ayda 50 min desilitr satışa çıxartmağı, gələn il isə Çin və Koreyaya ixraca başlamağı planlaşdırır. Eyni zamanda, "Kristal" Rusiyada soju satışının həcmini ildə təxminən 60 min desilitr olaraq qiymətləndirir.
Mehti Kamiloğlu
-
Magazin123:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək







































