Qadınlar məşhur milyarderi niyə tərk edir? - İlon Maskın həyatına dair İLGİNC FAKTLAR
Bizi izləyin

Maraq dünyası

Qadınlar məşhur milyarderi niyə tərk edir? - İlon Maskın həyatına dair İLGİNC FAKTLAR

Qadınlar məşhur milyarderi niyə tərk edir? - İlon Maskın həyatına dair İLGİNC FAKTLAR

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində amerikalı milyarder İlon Maskla görüşdü. Böyük maraq doğuran görüş dünya mətbuatının da manşetlərini bəzədi. Türkiyə rəsmilərinin iştirak etdiyi tədbirdə bir çox mühüm məsələlər müzakirə olunsa da, ən yaddaqalan məqamlardan biri qəbula azyaşlı oğlu ilə gələn Maska Türkiyə prezidentinin “Eşin nerede” sualını verməsi idi. Təklif edirəm ki, İlonun cavabını sonraya saxlayaq və adı qalmaqallı sevgi romanlarında hallanan milyarderin şəxsi həyatına nəzər salaq. Biz “SpaceX”in təsisçisinin görüşdüyü bütün qadınları xatırladıq və belə qənaətə gəldik ki, İlon Maskın sevgilisi olmaq heç də asan deyil. Təsadüfi deyil ki, milyarderin görüşdüyü qadınların hamısı onu eyni səbəb üzündən tərk edib.

Publika.az oxucuları milyarder olsa da, həm də xəsisliyi ilə tanınan çoxuşaqlı atanın şəxsi həyatı barədə diqqətçəkən məqamlarla tanış edib.

İlon Mask kimdir?

İlon Mask “zamanımızın dahisi”, “PayPal” ödəniş sisteminin və “Tesla” elektrik avtomobilinin yaradıcısı, unikal “SpaceX” kosmik proqramının baş mühəndisi və sadəcə olaraq son dərəcə qeyri-adi insan kimi tanınır. O, planetimizi təkmilləşdirmək və sonra kosmosu fəth etmək arzusundadır. O, müsahibələrinin gülümsəyərək dilə gətirib ki, Marsda ölməyi planlaşdırır, ancaq eniş zamanı yox. Onu xəyalpərəst və həftədə 85-100 saat işləyən işgüzar adlandırırlar. 2019-cu ilin sonunda onun sərvətini “Forbes” 22,9 milyard dollar qiymətləndirib. Bununla belə, böyük gəlirlər heç vaxt İlon Maskın əsas motivasiya mənbəyi olmayıb. İxtiraçının özünün dediyi kimi, onun əsas məqsədi dünyanı yaxşılığa doğru dəyişməkdir. Və bütün həyatının bu möhtəşəm layihəsi çox zaman, enerji və səy tələb edir. O da aydındır ki, bəşəriyyətin gələcəyini düşünən insanlar nələrisə qurban verməlidir.

İlon Maska gəlincə, onun üçün iş ailə həyatından həmişə öndə dayanıb. Milyarderin qadınların diqqətindən məhrum olduğunu söyləmək olmaz - əksinə, üç dəfə evlənib və altı övlad sahibidir. Ancaq sevgililəri ilə münasibətlərindəki problemlər həmişə “Tesla”dakı çatışmazlıqlardan daha dərin olub. Ümumilikdə bu başa düşüləndir: texniki ixtiraları dəqiq hesablamalar sayəsində təkmilləşdirmək olar, amma sevgidə belə düsturlar mövcud deyil.

İlon Maks nadir hallarda münasibətləri haqqında danışır və romanlarının təfərrüatlarını gizli saxlamağa üstünlük verir. Bununla belə, o, illər əvvəl “Rolling Stone” jurnalına verdiyi müsahibədə tək heç vaxt xoşbəxt ola bilməyəcəyini çoxdan anladığını etiraf edib.

“Mən böyük bir boş evdə tək qalmağın, heç kimin olmadığı qonaq otağından gələn ayaq səslərinin və sənin yanındakı yastıqda heç kimin yatmamasının nə demək olduğunu çox yaxşı bilirəm. Lənət olsun, belə vəziyyətdə necə xoşbəxt ola bilərsən?”, - Mask qeyd edib.

Sonsuza qədər tək qalmaq qorxusu milyarderi heç vaxt tərk etməyib. Valideynləri İlon Mask yeniyetmə ikən boşanıblar. Buna səbəb atanın öz ögey qızı ilə münasibətləri oldu, qız hətta ondan uşaq dünyaya gətirdi. Atasının eşq macəralarını öyrənən İlon onu “cəhənnəm şeytanı” adlandırırdı. Ancaq həyat şəraiti elə xətt üzə inkişaf etdi ki, “Tesla”nın gələcək ixtiraçısı atasının evində daha bir neçə il yaşamalı oldu. İlon o vaxtları xatırlamağı sevmir və uzun illərdir atası ilə əlaqə saxlamır. Milyarder sadəcə onu dilə gətirib ki, atası ətrafındakı hər kəsin həyatını zəhərləyib. İlonun anası ilə münasibəti daha istidir. Onun şəxsiyyətinin formalaşmasında məhz Mey Maskın böyük təsiri olduğunu deyə bilərik. Mey beş işdə çalışırdı ki, oğlunun sahibkarlığa və yeni texnologiyalara olan həvəsini təşviq edə bilsin. Bununla belə, ananın məşğul qrafiki ona oğlu ilə doyunca çox vaxt keçirməyə imkan vermirdi. Buna görə də İlon üçün o, dünyada baş verən hər şeyi paylaşa biləcəyiniz ən yaxın insan deyil, daha çox "model" oldu. Psixoloqlar bu fikirdədir ki, uşaqlıq emosional travması və tərk edilmə qorxusu hələ də dövrümüzün ən uğurlu insanlarından birinin həyatına təsir edir.

"Əgər aşiq olmasam və daimi bir yol yoldaşım yoxdursa, xoşbəxt ola bilmərəm. Mən heç vaxt tək xoşbəxt olmayacağam. Boş yataqda tək yatmaq məcburiyyətində qalmaq məni öldürür”, - İlon qeyd edib.

Castin Uilson

İlon Mask gələcək həyat yoldaşı, yazıçı olmaq istəyən Castin Uilson ilə Kanadadakı Queens Universitetində tanış olub. Təvazökar, gözəl və iddialı qız dərhal onun diqqətini çəkdi. O, qeyri-ciddi əyləncədənsə ciddi təhsil almağa, vaxtının böyük hissəsini şənliklərdən daha çox kitabxanada kampusunda keçirməyə üstünlük verirdi. Castin məşhur yazıçı olmağa can atırdı, ona görə də sevgi və münasibətlər onun cari prioritetləri siyahısında yuxarıda dayanmırdı. Amma İlon Mask artıq öz məqsədlərinə çatmağa alışmışdı. O, qıza yaxınlaşıb, onu dondurmaya qonaq etmək istədiyini desə də, Castin gecəni kitabxanada keçirməyi planlaşdırdığını söyləyərək görüşdən imtina etdi. İlon qızın kitabları ilə tək qalmaq istəyinə rəğbət bəslədi, lakin bir neçə saat sonra əlində iki şokoladlı dondurma ilə kitabxanaya gəldi. "O, yox cavabını qəbul etməyən bir insan idi" , - Castin sonrakı müsahibələrində qeyd etmişdi.

Все женщины Илона Маска

Qız da onun özü kimi inadkar və iddialı idi. İlon onun diqqətini çəkmək üçün uzun müddət çalışdı, Castinə çiçəklər və hədiyyələr alır, qız kitab mağazasına gedəndə həmişə kredit kartını verib "Nə istəyirsən, al" deyirdi. Gələcək milyarder Uorton Biznes Məktəbinə köçəndə belə, o, sevgilisinə diqqət yetirməyə davam etdi və onu daim görüşlərə apardı. Tezliklə anladılar ki, ortaq cəhətləri çoxdur. Onların həyatda iddialı məqsədləri var idi, böyük bir ailə yaratmaq istəyirdilər və çətinliklər qarşısında heç vaxt təslim olmurdular.

“Ümumiyyətlə, namizədlərim hər şeydə ən yaxşı olmaq istəməyimi bəyənmirdilər, amma İlon əksinə, bu, onun diqqətini daha çox çəkirdi. Bir dəfə kitab mağazasında rəfləri göstərdim və dedim ki, kitablarım da orada olana qədər dincəlməyəcəm. Mənə heyranlıqla baxdı və dedi: “Sən mənim surətimsən!” O, elə bir insan idi ki, yox cavabını qəbul etmirdi”.

2000-ci ildə İlon ona evlilik təklifi etdi. Castin tərəddüd etmədən razılaşdı. İki il ərzində onların ailə həyatı nağıl kimi keçdi. Mask öz startapı “Zip2”ni böyük bir korporasiyaya sataraq 22 milyon dollar qazandı, Los-Ancelesdə dəbdəbəli malikanə, şəxsi təyyarə, lüks “McLaren F1” avtomobili aldı və dünyanın ilk elektron ödəniş sistemi “PayPal”ı inkişaf etdirməyə başladı. Castin ərinin qayğısına qalır və ona bütün işlərində ona dəstək olurdu.

 Илон Маск и Джастин стали родителями пятерых мальчиков.

2002-ci ildə cütlüyün ilk uşaqları Nevada Aleksandr dünyaya gəldi. İlon və Castin xoşbəxt idi: hər şey onların xəyal etdiyi kimi gedirdi. Ancaq gözlənilməz bir faciə onların həyatını əbədi olaraq dəyişdirdi: 10 aylıq uşaq yuxuda öldü. Gələn tibb işçiləri gücsüz idi. Oğlunun ölümü İlon və Castin arasındakı münasibətlərində ilk çat oldu. İlon özünü tamamilə işinə həsr etdi, depressiyaya düşmüş və dəstəyə ehtiyacı olan həyat yoldaşı ilə vaxt keçirmədi.

Bir müddət sonra cütlük süni mayalanma mütəxəssislərindən kömək istədi: 2004-cü ildə onların Qriffin və Ksavye əkiz övladları, 2006-cı ildə isə üçəmləri: Damian, Sakson və Kay dünyaya gəldi. Lakin bu, mövcud problemləri həll etmədi, əksinə, müəyyən mənada onları daha da pisləşdirdi. Castin çox yorğun idi, uşaqlara baxır, evdə sakitlik və rahatlığı qorumağa çalışırdı, eyni zamanda ərini mütəmadi olaraq ziyarət edən yüksək səviyyəli qonaqları qəbul edirdi. O, zamanla sıradan bir evdar qadınına və ərinin kölgəsinə çevrilirdi. Və bu, ona çox ağır gəlirdi. İlon bizneslə məşğul idi, “SpaceX” layihəsi üzərində işləyirdi və NASA ilə şərtləri müzakirə edirdi, evliliyi isə dağılırdı. Hətta ailə terapevtinin dəstəyi də vəziyyəti xilas etmədi. 2008-ci ildə İlon və Castin boşanmaq üçün ərizə verdilər. “Mən onun üçün start-up həyat yoldaşı idim. Amma heç nəyə peşman deyiləm, beş oğlum və kitablarım var”, - Castin bildirib.

Talula Rayli

Boşandıqdan sonra İlon Mask uzun müddət subay qalmadı. Şayiələrə görə, o, yeni sevgilisi ilə hələ Castin ilə uzun məhkəmə prosesləri başlamamışdan əvvəl tanış olmuşdu. Onun yeni ehtirası 22 yaşlı britaniyalı aktrisa Talula Rayli Hollivudu fəth etmək arzusunda idi, lakin bunun əvəzinə təsadüfən İlon Maskın ürəyini fəth etdi. Deyilənlərə görə, aralarında çox güclü bir “kimya” var idi. Görüşdən bir neçə gün sonra İlon diz çöküb Talulaya evlənmək təklifi etdi. Bu, əvvəlcədən düşünülmüş bir qərar deyildi - daha çox sevgi impulsu idi. Milyarderin yanında üzüyü yox idi, lakin bu, aktrisanın “hə” deməsinə manə olmadı.

Роман с гением: любимые женщины Илона Маска

Milyarder yeni sevgilisi ilə Castindən boşandıqdan altı həftə sonra evləndi. Onların ailə həyatı haqqında çox az şey məlumdur, çünki britaniyalı aktrisa, şəxsi həyatı ilə bağlı şərh verməkdən çəkinirdi. Çox güman ki, onların 2012-ci ildə boşanmalarına səbəb İlon Maskın iş ehtirası olub. Qadınlar çox nadir hallarda kişinin işini bir yerə qoyması ilə barışa bilirlər. Sahibkar Talula ilə yollarını səssiz-sədasız ayırdı. Bunu İlon Maskın boşandıqdan sonra yazdığı Twitter paylaşımı da sübut edir: “Bu, gözəl dörd il idi. Mən Səni Həmişə Sevəcəm. Əminəm ki, günlərin bir günü kimisə çox xoşbəxt edəcəksən”.

2013-cü ildə mətbuat İlon Maskın məşhur Hollivud aktrisası Kameron Diazla tanış olduğundan yazdı. Şayiələrin səbəbi aktrisanın təkcə “Tesla” avtomobili alması deyil, həm də Kemeronun o vaxt İlon Maskın işlədiyi Palo Altoya tez-tez baş çəkməsi oldu. Bununla belə, həm milyarder, həm də Hollivud divası aralarında dostluqdan başqa bir şey olduğunu həmişə inkar edirdilər. Bu vaxt İlon Mask Talula Rayliyə yenidən qayıtdı. Onlar 2013-cü ildə yenidən evlədilər. İkinci cəhd, təəssüf ki, eyni səbəblərə görə yenə uğursuz oldu.

Amber Herd

2016-cı ilin yanvarında Honq-Konqda keçirilən investisiya forumunda İlon Mask peşəkar planlarına Marsın fəthinin də daxil olduğunu açıqladı. Eyni zamanda, milyarder şəxsi həyatında da yeni bir strategiya fəth etmək niyyətində idi - Amber Herdin ürəyi. Milyarderin əvvəlki romantik münasibətlərində uğursuz təcrübəsi onu həqiqətən başa düşə biləcək bir can yoldaşı axtarmağa sövq etdi. Təəccüblü deyil ki, milyarderin növbəti sevgilisi Conni Depplə çətin boşanma prosesindən keçən aktrisa oldu. İlon Maskın dostlarının sözlərinə görə, sahibkar aktrisaya az qala ilk baxışdan aşiq olub – ona elə gəlirdi ki, onları təkcə güclü fiziki cazibə yox, həm də təcrübələrinin oxşarlığı bir araya gətirir. Lakin güclü hisslərin dalğasında milyarder unutdu ki, Amber ondan əvvəl görüşdüyü qadın tiplərinin tam əksidir. Mələk simasının arxasında aktrisanın İlon Maskın planlı həyatı ilə ziddiyyət təşkil edən kortəbii və ekssentrik xarakteri gizlənirdi. Daha sonra onun həm qadınlar, həm də kişilərlə şübhəli münasibətləri ortaya çıxdı.

Роман с гением: любимые женщины Илона Маска

Münasibətlərinin başlanğıcında Amber iş üçün Avstraliyaya uçdu və çəkilişlərdən sonra vaxtının çoxunu buradakı yaraşıqlı sörfçülərlə birlikdə çimərlikdə keçirirdi. İlon Mask isə sevgilisininin şəkillərini ancaq maqazin səhifələrindən izləyə bilirdi. Amber Amerikaya qayıtdıqdan sonra milyarder ona qarşı heç bir iddia irəli sürmədi. Əksinə, onlar əvvəlkindən daha tez-tez birlikdə görünməyə başladılar. İlon Mask hətta aktrisanı ilk evliliyindən olan uşaqları ilə də tanış etmişdi. Cütlüyün evlənməyə hazırlaşdığı ilə bağlı xəbərlər yayılsa da, Amber və İlon qəfildən ayrıldıqlarını elan etdilər. Milyarder etiraf etdi ki, bu, onun üçün çox ağrılı bir ayrılıq idi. O, “Rolling Stone” nəşrinə müsahibəsində aktrisa ilə ayrılığını bu sözlərlə ifadə etmişdi: “Onun məni tərk etməsi ehtimalı daha yüksəkdir, mən onu tərk etməmişəm. Mən həqiqətən aşiq idim və əlbəttə ki, bu məni incitdi. Şiddətli emosional ağrı həftələrlə davam etdi”.

2018-ci ilin əvvəlində cütlük münasibətlərini bərpa etmək üçün son cəhd etsə də, fevral ayında birdəfəlik ayrıldılar.

Kler Buşe (Qrayms)

Роман с гением: любимые женщины Илона Маска

Milyarder müğənni Qrayms ilə internetdə tanış olub, daha dəqiq desək, “X” (Twitter) sosial şəbəkəsinin şərhlərində. Çox keçmədən məşhurlar başa düşür ki, onları təkcə oxşar yumor hissi və süni intellektə maraq deyil, həm də bir-birlərinə simpatiya bağlayır. Onlar ilk dəfə 2018-ci ilin may ayında Kostyum İnstitutu Ballında cütlük kimi göründülər, bundan sonra media münasibətlərinin inkişafını yaxından izləməyə başladı. 2019-cu ildə İlon və Qrayms sosial şəbəkələrdə birdən-birə bir-birlərini izləmədən çıxardılar və bu, dərhal ayrılmaları ilə bağlı şayiələrin yayılmasına səbəb oldu. Lakin böhran tez keçdi və tezliklə İlon Mask həmin axşam səhnədə çıxış edən sevgilisinə dəstək olmaq üçün “The Game Awards” mükafatlandırma mərasimində iştirak etdi. 8 yanvar 2020-ci ildə ulduz İnstaqram səhifəsində hamilə olduğunu elan etdi.

Роман с гением: любимые женщины Илона Маска

4 may 2020-ci ildə İlon və Qraymsın oğlu dünyaya gəldi. Cütlük ilk uşaqlarına orijinal ad seçdilər - X Æ A-12. Lakin Kaliforniya ştatının qanunlarına görə sevgililər onu X Æ A-Xii olaraq dəyişməli oldular. Kənardan belə görünürdü ki, Mask nəhayət öz xoşbəxtliyini ekssentrik müğənnidə tapıb, lakin sentyabrın 25-də milyarder “Page Six” nəşrinə bildirdi ki, o və Qrayms üç illik görüşdən sonra ayrılmaq qərarına gəliblər. Buna baxmayaraq, 2021-ci ilin sonunda cütlüyün surroqat ananın daşıdığı ikinci uşaqları dünyaya gəldi. Qıza Exa Dark Saydiriel adı verildi. Bu ayrılığında səbəbi birincisi ilə eyni idi - İlon Mask işə çox aludə olmuşdu.

2021-ci ilin noyabrında İlon Maskın və onun “Neuralink” şirkətinin top meneceri Siobhan Zilislə əkiz uşaqları olması xəbəri yayıldı. Lakin Siobhanın dediyinə görə, onların arasında heç bir yaxınlıq yox olmayıb. İddialara görə, Maskın özü ona donor kimi spermasını təklif edib, həm də soyadını verib.

Qrayms bütün qəribəliklərinə baxmayaraq, İlon Mask ilə gizli görüşməyə davam edir. 11 sentyabr 2023-cü ildə cütlüyün Tau Texno Mexanikus adlı üçüncü övladının olduğu xəbəri yayıldı. 2022-ci ildə “Vanity Fair”-ə verdiyi müsahibədə Qrayms dedi ki, onlar artıq birlikdə olmasalar da, yenə daha üç övlad sahibi olmaq istərdilər.

Türkiyə prezidentinin sualına isə 52 yaşlı Mask həyat yoldaşının San-Fransiskoda olduğunu və ayrıldıqları cavabını verib. Mask uşağın daha çox onunla vaxt keçirdiyini də vurğulayıb.

Övladlarına münasibəti

İlon Mask övladlarına bağlılığı ilə tanınsa da, 2022-ci ilin aprelində oğlu Vivianın transseksual olduğu üzə çıxdı. Bu fakt onun adını dəyişmək üçün məhkəməyə müraciət etməsindən sonra yayıldı. Anası Castin tvitində uşağı ilə "çox qürur duyduğunu" yazdı, lakin İlon bunu heç yaxşı qarşılamadı.

Uşaqları ilə tez-tez video oyunlar oynadığını və çox vaxt onlarla eyni otaqda işlədiyini deyən Mask 2016-cı ilin İyun Kod Konfransı zamanı onu ən çox övladlarının xoşbəxt etdiyini söylədi və bunları əlavə etdi: “Mən həmişə uşaqlarıma vaxt ayırmağa çalışıram, çünki onlarla vaxt keçirməyi sevirəm. Demək istəyirəm ki, uşaqlar həqiqətən əladırlar. Çox vaxt uşaqlar öz dünyalarında olurlar, buna görə də ataları ilə saatlarla danışmaq istəmirlər”.

Övladlarının qəyyumluğu haqqında dedikləri

Eşli Vensin yazdığı və 2015-ci ildə nəşr olunan "Elon Musk: Tesla, SpaceX və Fantastik Gələcək Axtarışı" kitabında İlon "Mən olduqca yaxşı atayam. Həftənin yarısından çoxunu onlarla keçirirəm, şəhərdən kənara çıxanda onları da özümlə aparıram” deyib.

Övladlarının təminatı haqqında

İlon hesab edir ki, övladlarına yaxşı təhsil vermək indi onun əsas vəzifəsidir. Milyarder deyir ki, ağıllı və savadlı insanların mümkün qədər çox övladı olmalıdır, çünki onlar da özlərinə bənzəyəcəklər: “Bu yolla biz teokratik və işıqsız gələcəyin yararına çalışmayacağıq”. İndi Maskın əsas vəzifəsi uşaqlarına yaxşı təhsil verməkdir. 2021-ci ildə “Clubhouse” audio proqramında verdiyi müsahibə zamanı Mask onu da etiraf edib ki, uşaqları internetdə böyüyüb və təhsli əsasən “YouTube” və “Reddit” vasitəsilə alıblar.

Onun gündəlik iş qrafiki sıx olsa da, uşaqlarla keçirdiyi vaxtı ən dəyərli sərmayə hesab edir: birgə səyahətlər, gəzintilər, kitabların müzakirəsi və.s İlonun özünün və “SpaceX” işçilərinin uşaqları üçün açdığı Ad Astra özəl məktəbi milyarderin qoyduğu təhsil, təlim və tərbiyə sisteminə əsaslanır. Məktəbdə qiymətlər yoxdur, lakin süni intellekt, kodlaşdırma və tətbiqi elm kursları üzrə kurikulum var. Maskın iddialarına görə, uşaqlıqda məktəbə getməyə nifrət edirdi, lakin uşaqları onun qurduğu məktəbə getməyi çox sevirlər. Onun fikrincə, uşaqlarda hər şeydən əvvəl problemlərə qeyri-standart həll yollarını tapa bilmək bacarıqlarını inkişaf etdirmək lazımdır. Məsələn, təhsil müəssisəsində “Qızıl qıfıllar” adlı tapmaca çox sevilir. Tapmacada deyilir ki, 11 uydurma planet var. Şagirdlərə bəşəriyyət üçün üç ən yaxşı və üç ən pis planetini müəyyənləşdirmək və niyə belə düşündüklərini izah etmək tapşırılır.

O, bir çox valideynlərdən fərqli olaraq, video oyunların gənc nəsil üçün faydalı olduğunu da iddia edir. Əgər onlar video oyunlarla "super məşğul" ola bilsələr, təhsillə də "super məşğul ola bilərlər" dedi.

Nəyi nümunə götürməyə dəyər?

"Kitab rəflərində çoxlu kitablar düzülüb, onlardan bəzilərini beşikdən oxumağa başlamaq olar. Daha böyük uşaqlarla ümumiyyətlə hər hansı bir kitabı və ya filmi müzakirə edə, onlardan qəhrəmanın niyə belə etdiyini soruşa və digər suallar verə bilərsiniz. Bütün bunlar özünün və başqalarının hərəkətlərinin motivlərini başa düşmək vərdişini yaradır", - Mask vurğulayıb.

İlon 2014-cü ilin başlanğıc nitqində USC tələbələrini uşaq sahibi olmazdan əvvəl risk almağa təşviq edib və bunu belə izah edib: “Ailəniz olduqdan sonra yalnız özünüz üçün deyil, həm də ailəniz üçün risk almağa başlayırsınız. Başa çatmayan işləri görmək daha çətinləşir”.

Maskın uşaqları həm də səyahətə hazır olmalıdılar. “Məsələn, Tesla ilə Çinə səyahətim olsa, uşaqları götürəcəm və Böyük Çin Səddini görəcəyik və ya Pekindən Siana sürətli qatara minəcəyik və Terrakotta döyüşçülərini görəcəyik”, - deyə Mask qeyd edib.

Xəsis milyarder

"Tesla” və "SpaceX”in rəhbəri İlon Maskın özü ilə bağlə açıqlması hələ də eşidənləri təəccübləndirir. İş adamı evinin olmadığını və dostlarının boş otaqlarında qaldığını iddia edir. O, bu barədə TED konfransının sədri Kris Andersona müsahibəsində söyləyib. Maskın evlə bağlı açıqlaması uzun müddətdir ki, onun qənaətcil vərdişləri barədə şərhləri ilk dəfə təsdiqləmiş olub. İş adamı həmçinin tətilə getmədiyini də qeyd edib. O, vaxta qənaət etmək üçün təyyarəsi olduğunu bildirib. Amerikanın KİV-lərinin yazdığına görə, onun qadınlarla münasibətlərinin pozulmasının başında həm də xəsisliyi dayanır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm