Maraq dünyası
"Nənə pensiyası" şirin olsa da, onlar nəvələrinə...
Rusiyalı qadın Avropadakı təqaüdçülərə həsəd aparır.
Publika.az xəbər verir ki, Avropaya səfər edən rusiyalı səyahət bloggeri qitənin yerli təqaüdçülərinə həsəd apardığını bildirib.
O, təəssüratlarını "Zen" platformasındakı "Like Travel Travel" bloqunda paylaşıb.
"Avropada turistlər arasında hər həftə sonu harasa səyahət edən çoxlu qayğısız pensiyaçılara rast gəlmək olar", - deyə müəllif yazıb.
Onun fikrincə, təqaüdçü avropalıların başqa bir xüsusiyyəti də özləri üçün yaşamalarıdır. "Rusiyada olduğu kimi, uşaqlara maddi yardım etmək mədəniyyəti onlarda yoxdur.", - blogger bu cür düşünür. O həmçinin qeyd edib ki, təqaüdçülər tez-tez dostları ilə vaxt keçirir, kafe və gözəllik salonlarına gedirlər, nəvələrinə baxmırlar.
Müəllif vurğulayır ki, üstəlik, yaşlı avropalılar aktiv həyat tərzi sürür və idmanla məşğul olurlar: “Həm kişilər, həm də qadınlar özlərini daha yaxşı və gənc hiss etmək üçün rahat tənbəl avtomobillərdən velosipedə keçirlər – bu yolla onlar daha mobil olurlar. Bəziləri isə məncə, daha gənc görünmək üçün skuter və motosiklet alırlar".
Mehti Kamiloğlu
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO






































