Maraq dünyası
Kosmik turizm nədir və kosmosa uçuş neçəyə başa gəlir?

Bu günə qədər açıq kosmosa yalnız 600 nəfərin çıxdığını bilirdiniz? Kosmik istiqamətlərin bir neçə “tur operatoru” bu uğursuzluğu düzəltməyə çalışırlar. Bəs kosmosa uçuş neçəyə başa gəlir və orbital xidmətlər paketinə nələr daxildir?
Publika.az oxucuları bu sualların cavabı ilə tanış edir.
Dəyəri: 250 min dollar
Uçuş vaxtı: 10-15 dəqiqə
Kosmosa "səfərin" dəyəri uçuş məsafəsindən, müddətindən və ilkin hazırlıq səviyyəsindən asılıdır. Bu gün kosmik turizm bazarında müxtəlif operatorlar tərəfindən təklif olunan bir neçə xidmət paketi mövcuddur. Beynəlxalq Aviasiya Federasiyasının məlumatına görə, kosmos dəniz səviyyəsindən 100 kilometr yüksəklikdə başlayır. Bu şərti sərhəd Karman xətti adlanır. Əgər 100 kilometrdən yuxarı qalxmısınızsa, təbrik edirik, siz astronavtsınız. Məhz bu fərziyyə əsasında suborbital turizm qurulur.
Daha bir nüans var. ABŞ Hərbi Hava Qüvvələri kosmosun 80 kilometrdə, Beynəlxalq Aeronavtika Federasiyası isə 100 kilometr hündürlükdən sonra başladığını hesab edir. Suborbital turizmin qabaqcılları, iş adamı Riçard Bransonun “Virgin Galactic” şirkəti 2021-ci ilin yayında ulduzlara turist göndərən ilk şirkət olmaqla bu fərqi bir qədər də artırdı. “Unity” gəmisi 80 kilometrdən çox hündürlüyə qalxıb, burada ekipaj beş dəqiqə ərzində çəkisizlik şəraitindı qala bilib və sağ-salamat Yerə qayıdıb. Bütün uçuş 15 dəqiqə çəkib.
Həmçinin 2021-ci ildə Amazon qurucusu Ceff Bezosa məxsus “Blue Origin”in təkrar istifadə edilə bilən “New Shepard” kosmik gəmisi göyərtəsində turistlərlə birlikdə suborbital uçuşa çıxdı. Kapsul 107 kilometr yüksəkliyə qalxaraq Karman xəttini qırdı, eyni zamanda Riçard Branson və müştərilərinin rekordunu təzələdi. Uçuş 10 dəqiqə 28 saniyə davam edib.
Suborbital uçuş Hollivud ulduzları arasında da dəbdə olan məşhur macəradır. Məsələn, Pit Devidson, Bruklin və Nikola Peltz-Bekhem Nyu Şepardda uçmağı planlaşdırır.
Beynəlxalq Kosmik Stansiyaya uçuşlar (BKS)
Dəyəri: 20-58 milyon dollar
Uçuş müddəti: 7-14 gün
“Space Adventures” “Roskosmos” korporasiyası ilə əməkdaşlıq edərək 2001-2009-cu illərdə ulduzlara yeddi turist göndərməyi bacaran eksklüziv operatordur. 2021-2022-ci illərdə Amerika şirkəti BKS-ə səkkizinci macəraçı göndərməyi planlaşdırırdı, lakin həyata keçirilməsi gözlənilən layihə hazırda dondurulub.
Dennis Tito Rusiyanın "Soyuz" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçaraq orbitə ilk çıxan amerikalı turistdir. Ekspedisiya aprelin 28-dən mayın 6-dək davam edib və bu, səyahətçiyə 20 milyon dollara başa gəlib. Ümumilikdə “Space Adventures” kosmik turizm proqramı çərçivəsində yeddi nəfər kosmosa səfər edib və onlardan biri (amerikalı Çarlz Simoni) kosmosa iki dəfə səfər edib. BKS-də yeddinci və sonuncu turist “Cirque du Soleil”in kanadalı qurucusu Qi Laliberte olub. 2009-cu il sentyabrın 30-dan oktyabrın 11-dək həyata keçən uçuş ona 35 milyon dollara başa gəlib.
2009-cu ildən bəri BKS-ə turist uçuşlarının proqramı müvəqqəti olaraq məhdudlaşdırıldı, lakin “Space Adventures” müştərilərə qiyməti 50 milyona çatan xidmətlər paketini təklif etməyə davam edir. Qiymətə iki həftəlik təlim, tibbi yoxlamalar və mümkün fövqəladə hallar üzrə hərtərəfli təlim daxildir.
Tərəqqi hələ də dayanmır və 12 illik fasilə ərzində “Space Adventures” şirkətinin rəqibləri üzə çıxdı. 2020-ci ildə aktiv startap “Axiom Space” kosmik turizm bazarında özünü elan etdi. Məlum oldu ki, planetin məşhur milyarderi İlon Maskın təsis etdiyi “SpaceX” tərəfindən istehsal olunan “Crew Dragon” kosmik gəmisində turistləri kosmik uçuşa dəvət edir. Belə bir səyahət Beynəlxalq Kosmik Stansiyasında “SpaceX” bölməsinin açılması sayəsində mümkün olub.
2021-ci ilin sentyabr ayında hər biri 55 milyon dollar ödəniş edən dörd kosmik turistdən ibarət ilk qeyri-peşəkar ekipaj “Crew Dragon” gəmisində aşağı Yer orbitinə üç günlük səfərə qalxdı. O vaxtdan bəri proqram turların satışı mərhələsində qaldı və “Crew Dragon” gəmiləri hələ də turistləri bort səfərlərinə aparmayıb.
2019-cu ilin ortalarında NASA turizm və digər işgüzar tədbirlər üçün Beynəlxalq Kosmik Stansiya üzrə bölməsinin açıldığını elan etdi. NASA turistləri BKS-ə 58 milyon dollara göndərməyi planlaşdırır ki, bu da “Axiom Space”in qiymətindən üç milyon bahadır.
Onu da qeyd edək ki, kosmik səyahətçilərin kommersiya uçuşlarına cavabdeh olan “Qlavkosmos” şirkəti “Soyuz” kosmik gəmisində orbital turizmə diqqəti cəlb etmək üçün 2021-ci ildə kosmosda ilk bədii filmin çəkilişini təşkil edib. “Çağırış” layihəsini çəkmək üçün rusiyalı aktrisa Yuliya Peresild və rejissor Klim Şipenkodan ibarət ekipaj oktyabrın 5-də BKS-ə gedib, oktyabrın 17-də isə sağ-salamat Yerə qayıdıblar.
Aya uçuşlar
Qiymət: kommersiya sirri
Uçuş vaxtı: razılaşma ilə
Kosmik “tur operatorları” xidmətlərin satışı və xidmətlərin təkmilləşdirilməsi üzərində işlədiyi bir vaxtda İlon Mask milyarder Yusaku Miezava, köməkçiləri və digər səkkiz sərnişini Ayın ətrafına göndərmək niyyətindədir.
Yapon iş adamı “SpaceX Starship”də bütün oturacaqları alıb və hamını 2023-cü ildə Ay ətrafında ilk turist uçuşunda iştirak etməyə dəvət edib. “dearMoon” layihəsinin məqsədi istedadlı insanlara Ay ətrafında pulsuz uçmaq imkanı verməkdir ki, bu da Miezavanın fikrincə, onları yeni sənət əsərləri yaratmağa ruhlandıracaq.
Aytən Məftun

-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ