Maraq dünyası
34 il əvvəl tapdığı bir qəpiklə sərvət qazanır
1989-cu ildə Niderlandda tapdığı 1 qəpiklə pul toplamağa başlayan Esat Kaplan 34 illik kolleksiyasını Qaziantepdə qurduğu muzeydə sərgiləyir.
Publika.az xəbər verir ki, Kaplan iş üçün getdiyi ət mağazasında yerdən 1967-ci ilə aid qəpik tapıb.
Tapdığı pulu götürən Kaplan bir müddət sonra işdən çıxıb, Türkiyəyə qayıdıb və pul yığmağa başlayıb. Sikkə və kağız pul kolleksiyası ilə maraqlanan Kaplan 1989-cu ildə topladığı sikkələri sərgiləmək imkanı qazanıb.

O, 2015-ci ildə bir çox köhnə sikkələrin yer aldığı Dünya Sikkə Muzeyini qurub. Tələbə və müəllimlərə muzeyin girişini pulsuz edib. Muzeyin ehtiyaclarını qarşılamaq üçün isə ziyarətçilərdən könüllü olaraq 15 lirə tələb edib.
Kolleksiyaçı bildirib ki, kolleksiyasında 1792-ci ilə aid fransız kağız pulları və 17-18-ci əsrlərə aid sikkələr var:
“Muzeyi açmamışdan əvvəl topladığım pullarla şəhərin bəzi yerlərində sərgilər açmışam. Əvvəlcə ziyarətçilərə Cümhuriyyət dövrünün sikkələrini nümayiş etdirirdim. İlk dəfə tək gələn insanlar daha sonra uşaqları ilə gəlirlər.

Muzeydə 1700-cü ildən bəri hər cür sikkə var. Müxtəlif ölkələrə məxsus olan pullar ziyarətçilərin böyük marağına səbəb olur. Muzeyə hər il ən azı 150 min insan gəlir. Ziyarətçilər arasında yerli və xarici turistlər var”.
Aysel Şahmar
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
























.jpg)















