Maraq dünyası
"Google Maps" istifadəçiləri Antarktidada "UNO bazası" tapdılar
"Google Maps" istifadəçiləri Antarktidada UNO kimi görünən, qəribə dairəvi obyekt aşkarlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Bildirilir ki, obyekt sahildən təqribən 150 km aralıda yerləşir və sanki qəsdən bir qayanın altında gizlədilib.
Tapılan obyektin koordinatları ilə yayımlanan kadrlara ilk diqqəti çəkən amerikalı ekspert Skott S. Uorinq olub. Onun sözlərinə görə, disk təbii formasiya olmayacaq dərəcədə - "mükəmməl şəkildə hamar" görünür.
O, həmçinin qeyd edib ki, obyekt A.B.Dobrovolski qütb stansiyasından cəmi altı mil məsafədə yerləşir və bu, tapıntını daha da müəmmalı edir.
Obyektin forması, "Google Maps" istifadəçilərinin də qeyd etdiyi kimi, filmlərdən bələd olduğumuz klassik “nəlbəkilərə” bənzəyir.
Britaniyalı Filip Mentl da daxil olmaqla, bir sıra ekspertlər bu obyekti ilk dəfə gördüklərini və təbiətini izah edə bilmədiklərini bildiriblər.
Daha bir ekspert - əvvəllər Britaniya Müdafiə Nazirliyində işləmiş Nik Poup bunu “maraqlı” tapıntı adlandırıb. Lakin o xəbərdarlıq edib ki, bu, təhrif və ya pareidoliya (xətalı məna yükləmə) ola bilər.
Buna baxmayaraq, görüntü maraq oyatmağa davam edir. Bəziləri onun Antarktikadakı buzların altında “itmiş sivilizasiyanın” izləri olduğunu iddia edir, digərləri isə yadplanetlilərin Yerdəki “UNO bazası” olduğunu bildirirlər.
Ləman
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















