İnanc
QƏRİBƏ YENİ İL ADƏTLƏRİ: Qırmızı alt paltar geyinən, gizlicə öpüşən qızlar və... - FOTOLAR
Yeni ilə sayılı günlər qalıb. Dünyanın müxtəlif yerlərində Yeni İl fərqli şəkildə qeyd edilir.
Publika.az ən maraqlı Yeni İl adətlərini bir araya toplayıb:
Vyetnam
Vyetnamda Yeni İlin - “Tet Nquen Dan” (yeni ilin ilk gününün ilk sabahı) dövlət bayramıdır. Bayram üç gün davam edir. Küçələrədə “şam ağacı bazarları” qurulur. Amma orada şam ağacı yox, yeni ilin simvolu sayılan ərik və şaftalı ağacları satılır. Ərik ağaclarına ölkənin cənubu üstünlük verir, şaftalı güllərini isə şimalda daha çox sevirlər. Bəzən üstü meyvə dolu naringi ağaclarına da rast gəlmək olar.
İtaliya
Yeni ildə italyanlar artıq köhnə mebeli pəncərədən atmırlar, onlar hər biri müxtəlif arzunun simvolu olan 12 üzüm dənəsi yeyirlər. Daha maraqlı bir adət yeni il gecəsi həm kişi, həm qadının qırmızı alt paltarı geyinməsidir. Yeni il şirin keçsin deyə, qədim romalılar bir-birinə dəfnə yarpağı ilə birlikdə balda əncir və xurma hədiyyə edərdilər. Neapolda indi də, dəfnə yarpağına bükülmüş əncir hədiyyə olunur. Uşaqlara hədiyyəni Befana adlı pəri gətirir.
Çin
Çində Yeni İl (Cun Tsze) həm də Ay Yeni İli və ya yaz bayramı adlanır. O çin təqviminin ilk 15 günü davam edir. Zəng Çində Yeni İlin simvoludur. Onlar inanırlar ki, zəngdən gələn güclü səs evi bədbəxtlikdən qoruya və uğur gətirə bilər. Orada qoca insanlara və uşaqlara qırmızı məktubda pul verirlər.
İsrail
İsraildə Milad bayramı unikaldır. Yəhudi təqviminə görə, Yeni İl onların dili ilə desək Roş aşana dünyanın yaranmasına həsr edilib və sentyabr-oktyabr aylarında keçirilir. Yeni ilin yaxşı və şirin keçməsi üçün bu günlərdə bal yemək lazımdır. İlk gün taşlıx ayini keçirilir. İnsanlar suyun ətrafına yığışaraq, müqəddəs mətnlər oxuyur və dua edirlər.
Kuba
Kuba da Milad bayramı uzun illər keçirilməyib. Amma 1998-ci ildə Roma Papası II Pavel hökumətin katoliklərə bu bayramı keçirilməsinə icazə verməsini istəyib. Yeni ili isə Kubalılara qadağa edilməyib. Şam ağacı əvəzinə palma və kaktusları bəzəyirlər. Yeni ilə bir neçə dəqiqə qalmış Kubalılar suları vedrələrə yığıb, pəncərədən boşaldırlar. Kubada qışda da isti olduğu üçün belə sürprizdən heç kəs şikayət etmir.
Bolqarıstan
Bolqarıstanda yeni il Suravaki adlanır. Adətə görə uşaq və yeniyetmələr əllərində zoğal budaqcığı ilə evləri gəzərək, onlara uğur və əmin-amanlıq arzulayırlar. İnsanları içində qəpik və ya arzu yazılan kağız olan piroqa qonaq edirlər. Saat 12:00-ı göstərən zaman evlərdə bir dəqiqəlik işıqlar sönür. Onların Yeni İl adətini görə, bu, öpüş zamanıdır.
Meksika
Meksika da Yeni İl təntənəli keçirilmir. Amma onun da özünəməxsus adətləri var. Məsələn, uşaqlar içi dolduruşmuş oyuncağı vurmağı gözləyirlər. Gildən hazırlanmış, içi şirniyyat və oyuncaqlarla doldurulmuş, ağacdan asılmış bu oyuncağı uşaqlar gözübağlı qırmağa çalışırlar. İnanca görə, bunu ilk qıran bütün il boyu xoşbəxt olacaq.
Yunanıstan
Milad bayramı axşamı ailənin başçısı tortu kəsərək, bir dilimini Müqəddəs Vasiliyə, bir dilimini İsa peyğəmbərə, bir dilimini isə Məryəm anaya saxlayır. Tortun qalan hissəsini isə evin sakinləri yeyir. Nar dənəcikləri Yunanıstanın qədim uğur simvollarından biridir. Yeni İl axşamı ailənin ən böyüyü dənəciklərin bir-birində uzağa düşməsi üçün var gücü ilə narı divara ya da döşəməyə çırpır. Nar dənəcikləri bir-biridən nə qədər aralı düşərsə, yeni il bir o qədər uğurlu olar.
İspaniya
Milad bayramının atributlarında biri 22 dekabr 1812-ci ildən keçirilən dövlət tərəfindən hazırlanan lotereyadır. İspanlar bu gün televizor və radionun yanından bir neçə saat ayrılmır. “El Qordo” dünyanın ən böyük lotereyasından biridir. Hər il o, minlərlə insanı sevindirir.
Fransa
Milad bayramına bir neçə gün qalmış fransızlar evin bir küncündə vertep hazırlayırlar. Şam ağacını bəzəyirlər. Amma əsas dekor bağambürc ağacı sayılır. Onun uğur üçün budaqlarını qapıdan asırlar.
Çexiya
Hər evdə mütləq şəkildə karp balığında yemək bişirilir. Karpı xüsusi süni göldə yetişdirirlər, daha sonra onu Milad bayramından əvvəl meydan və küçələrdə satırlar. Onlar karpın xoşbəxtlik gətirdiyini düşünürlər. Yeni ildə qazancın bol olması üçün karpın içinə qəpik qoyurlar. Uşaqlar üçün isə başqa əyləncə var. Yeməkdən öncə ailə Vltava çayının sahilinə gedərək, aldıqları balaca balıqları yenidən çaya buraxırlar.
Tailand
Sonqkran - ənənəvi Tailand Yeni İlidir. Bu, krallığın ən vacib bayramlarından biri sayılır. Həmçinin bu bayram “Su sıçrayışı” festivalı da adlanır. Aprelin 3 günü qeyd olunur. Suyu hara gəldi atırlar. Məqsəd qabağına çıxan hər kəsi yaş etməkdir.
Abxaziya
Abxaziyada qış bayramı Ajırnıhua adlanır. Adətə görə, xoruz və ya keçi kəsirlər. Bayram süfrəsində əsas yeri ətdən hazırlanan yemək tutur.
Şotlandiya
Şotlandiyada bayram günü çəlləyi yandıraraq, küçə boyu sürürlər. Bununla şotlandlar köhnə ili yandırıb, gələn ilin yolunu işıqlandırırlar. Yeni ilin ilk günü evə kim gəlsə, uğur ondan asılıdır. Hesab edilir ki, əlində hədiyyə və qara saçlı kişi uğur gətirir.
Hindistan
Ölkədə bir neçə mədəniyyətin olduğu üçün Yeni İl 6-7 dəfə keçirilir. Belə günlərdən biri Qudi Padva adlanır. Həmin gün xoşagəlməz dadı olan nim-nim ağacının yarpaqlarını yemək lazımdır. İnanca görə, bu yarpaqlar insanı xəstəlik və pis hadisələrdən qoruyaraq, yaxşı həyatı təmin edir.
Mələk
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO